Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:03 | 10 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1242 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təzyiqlərinə tab gətirməyərək Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır. Bunu Lukaşenkonun Kiyevin ünvanına səsləndirdiyi son ittihamlar da göstərir. Lukaşenkonun iddiasına görə guya Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi planlaşdırır. Bu iddia işğalçı müharibədə Rusiyaya qoşulmaq üçün bəhanədir. Ukraynanın Rusiya ilə ağır müharibə apardığı məqamda Belarusa qarşı ikinci cəbhə açmaq Kiyevin maraqlarına cavab vermir. Tam əksinə, Ukrayna Lekaşenkonun planlarından ehtiyatlandığı üçün Belarusla sərhədin minalanmasını həyata keçirib.
Rusiya ordusunun vəziyyəti ağırdır. Ona görə də Kreml sahibi Belarus ordusunun sərhədi keçərək Ukrayna ordusunun problemlərini artırmağa çalışır. Aleksandr Lukaşenko müharibə başlayandan Putinin planlarında yer almaq istəmirdi, ancaq Putinin bəzi istəklərini yerinə yetirirdi. Rusiya Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi. Putinə artıq bu azdır, Belarus ordusunun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Belaruslar Ukraynaya qarşı savaşda iştirak edib ölmək istəmirlər. Bunu Lukaşenko da bilir, ancaq “böyük qardaşın” istəyini də rədd edə bilmir. Lukaşenko Belarusun müharibəyə qoşulmasını Ukraynanın “təxribatına” cavab kimi əsaslandırmağa çalışa bilər. Belarus Rusiyanın işğalçı müharibəyə qoşularsa Ukraynanın tərəfdaş ölkələrdən daha böyük dəstəyə ehtiyacı olacaq.