İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:51 | 7 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 781 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“İranda Rusiyaya kamikadze pilotsuz uçan aparatların tədarükü fonunda daxili qarşıdurma başlaya bilər. Ölkənin ictimai xadimləri açıq şəkildə Rusiyaya bu ixracın əleyhinədirlər”. Bu barədə “The Guardian” nəşri yazıb.
Məlumata görə, tanınmış mühafizəkar din xadimi və İran qəzetinin redaktoru Məsih Mohaceri yazıb ki, ölkəsinin hökuməti Rusiyaya beynəlxalq normalara riayət etməyi, müharibədə İran istehsalı olan dronlardan istifadəni yasaqlamaq, Ukrayna ilə münasibətləri isə daha sıx saxlamaq tövsiyə etməlidir.
“Niyə Ukraynada müharibə başlayandan sonra Rusiyaya demədiniz ki, Ukraynadakı müharibədə onun İranın dronlarından istifadə etmək hüququ yoxdur? Bundan başqa, Rusiyanı müharibəni başladığına görə pisləmədiniz və niyə bu şər müharibəyə son qoymaq üçün iki tərəf arasında vasitəçilik səylərinizi ikiqat artırmadınız?”, – M.Mohaceri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana müraciət edib.
Mohaceri onu da vurğulayıb ki, Tehran hökumətinin İranın xarici siyasətinin əsas prinsiplərinə zidd olan Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyə hələ vaxtı var:
“İranın Ukraynadakı müharibə ilə bağlı edə biləcəyi ən az şey əvvəlcə hər iki tərəflə danışıqlar aparmaq, onları atəşkəs və müharibənin dayandırılması ilə razılaşmağa inandırmaq üçün vasitəçilik komitəsi yaratmaq ola bilərdi. Müharibənin başlanmasının ilk günlərində, Tehran Moskvaya elan edə bilərdi ki, onun Ukraynadakı müharibədə İranın verdiyi dronlardan istifadə etmək hüququ yoxdur”.
Eyni zamanda, İranın Moskvadakı keçmiş səfiri Nemətullah İzadi İran Xarici İşlər Nazirliyinin rəhbərinin son bəyanatını izah edərək deyib ki, diplomatlar bu ölkənin hərbi rəhbərliyinin Rusiyanın Ukraynada işğala başlamasından sonra Moskvaya dronlar tədarükünün təşkilindən xəbərsiz ola bilərdilər.
Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.
Ukrayna Prezidenti Vladimir Zelenski iranlı nazirin sözlərinin yalan olduğunu bildirib. O qeyd edib ki, terrorçulardan və ya onların ortaqlarından heç biri cəzasız qalmayacaq.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib. (Report.az)