Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:17 | 12 noyabr 2022 | Şənbə
Məqaləyə 843 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İran İslam Respublikası Rusiyaya Ukraynada apardığı müharibədə istifadə etmək üçün “yer-yer” tipli qısa mənzilli ballistik raketlər verməkdən boyun qaçırıb. Səbəb Moskva və Tehran arasındakı “raket sövdələşməsi” ilə bağlı İrandakı mollakratiyaya Qərbin çox sərt təzyiqlər göstərməsidir.
İranın klerikal rejimi onsuz da həddən ziyadə sərtləşdirilmiş sanksiyalar və embarqo rejimini daha da ağırlaşdırmamaq üçün Rusiyaya ballistik raketlər yollamaq fikrindən daşınıb.
Eyni zamanda, İranla Rusiya arasında əldə edilmiş ilkin razılaşmalara rəğmən, Tehran Moskvaya kamikadze PUA-ların yeni partiyasının göndərilməsini gecikdirir.
Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin Tehrana qəfil səfəri məhz bu problemin həlli cəhdlərinə xidmət edirdi. Lakin Tehranda aparılan danışıqlar Moskva üçün qənaətbəxş nəticələr verməyib.
Ukraynadakı müharibədə Rusiya İrandan aldığı “Mohajer-6” kəşfiyyat-zərbə və “Shahed-136” kamikadze PUA-larından geniş miqyasda istifadə edir. Rusiya ordusu Ukrayna şəhərlərinə və kritik önəm daşıyan infrastruktur obyektlərinə məhz bu “Shahed-136”lar vasitəsilə zərbələr endirir.
Danılmaz faktlara rəğmən, rəsmi Tehran hələ də inadla “biz Rusiyaya PUA satmırıq” deyir.
Rusiya və İran arasında əldə edilmiş yeni razılaşmaya görə, Tehran Moskvaya onlarla “Mohajer-6” və yüzlərlə “Shahed-136”lardan ibarət yeni PUA-lar partiyası yollamalı idi. Bununla yanaşı, İran Rusiyaya 300 km hədəf məsafəsinə malik “Fateh-110” və 700 km hədəf məsafəli “Zolfaghar” qısa mənzilli ballistik raketlər satmağa da razılaşmışdı.
Anlaşmanın şərtərinə görə, PUA-larla raketlər gəmilərlə İranın Ənzəli limanından Rusiyanın Həştərxan şəhərinə daşınmalı, sonra Rusiya ərazisində yığılmalı və yenidən boyanmalı idi.
Məsələn, bu “proses” nəticəsində Rusiya İrandan aldığı “Shahed-136” kamikadze PUA-larını guya “öz istehsalı” olan “Geran-2” kimi qələmə verir.
Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin rəsmi Tehranın vədlərinə əməl etməməsi ilə bağlı tutacağı mövqe maraqlıdır.
Ukraynada apardığı müharibə səbəbindən beynəlxalq təcridə və Qərbin çox sərt pressinqinə məruz qalan Rusiya hazırda İranla heç bir vəchlə münasibətlərini sərinləşdirə bilməz.
Çünki İran indi Rusiyanın azsaylı “müttəfiq”lərindən biri sayılır.
Digər tərəfdən, Tehranın belə demarşının cavabsız qoyulması Rusiyanın Yaxın Şərqdəki geosiyasi imicinə ciddi zərbə vura bilər.
Şərqdə isə zərbə alıb susanların nüfuzu olmur.