Anlaşma düyünü
“Yox” demirlər, amma nəticə də yoxdur
12:37 | 31 mart 2014 | Bazar ertəsi
Məqaləyə 1700 dəfə baxılıb
Şriftin ölçüsü
“Yox” demirlər, amma nəticə də yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
4 mindən çox kənd su altında
İslamabad Xüsusi Məhkəməsi martın 31-də Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə rəsmi şəkildə dövlətə xəyanət ittihamı irəli sürüb. «Media forum» saytı xəbər verir ki, məhkəmə iclasında danışan 70 yaşlı general ittihamın əsassız olduğunu və özünü günahkar hesab etmədiyini bildirib.
Pakistan qanunlarına görə, dövlətə xəyanətdə günahlandırılan şəxsi ya ölüm hökmü, ya da ömürlük həbs gözləyir.
1943-cü ildə doğulmuş Müşərrəf hakimiyyətə 1999-cu ildə qansız dövlət çevrilişində gəlib, 2001-2008-ci illərdə prezident olub.
Müşərrəf 2013-cü aprelin 19-da tutulub. O, 2007-ci ildə məscidə hücum zamanı adamların ölümündə günahlandırılıb. Ona daha əvvəl keçmiş baş nazir Bənazir Bhuttonun, Bəlucistan əyaləti millətçilərinin lideri Əkbər Buktinin qətli və Ali Məhkəmənin hakimlərinin həbsi ittihamları verilib.
2013-cü noyabrın 4-də məhkəmə sabiq prezidenti girov müqabilində azadlığa buraxıb. Müşərrəf bu ilin yanvarında ürəyində ağrı hiss etdiyi üçün hospitala yerləşdirilib.