
Konkord – səsdən sürətli əfsanə
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
Fransada zibil vergisi ləğv olunur, qaydalar dəyişir
Uşaqlar xüsusilə risk altında
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
Rusiyadan Makrona sərt cavab
Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır
Fransada sürücülük vəsiqəsi olmadan avtomobil istifadə etməyin cəzası nədir?
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.
İoneskunu xatırladım. Böyük fransız dramaturqu Öjen İoneskonun (1909-1994) “Kərgədanlar” pyesi Şekspirin “Hamlet” əsəri kimi şöhrət qazanıb. Pyes böyük bir toplumun, son nəticə etibarilə bütün bəşəriyyətin üz-üzə gələ biləcəyi bir təhlükə ilə – kərgədanlaşma ilə bağlı xəbərdarlıqdır. Pyes 3 pərdədən ibarətdir. Birinci pərdədə şəhərin küçələrində kərgədanın peyda olması qəribə görünür və sakinlərin təəcübünə səbəb olur. İkinci pərdədə hadisələr kontorda cərəyan edir. Bunu təsadüfi hesab etmək olmaz. Axı burada ümumiyyətlə müstəqil şəkildə düşünə bilməyən məmurlar çalışırlar, onlar təbii ki, kərgədan simasını qəbul edənlərin ilk sırasındadırlar. Üçüncü pərdədə yalnız “kərgədanlaşma” konsepsiyasını qəbul edənlər deyil, hamı kimi olmaq istəyənlər qoşulurlar. Pyesin qəhrəmanı Beranjedən başqa əsərdə iştirak edən bütün personajlar öz sosial mənşələrindən və cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq kərgədana çevrilirlər. İoneskoya görə şəhərin sakinləri mahiyyətləri etibarilə çoxdan kərgədandırlar, yeni şərait sadəcə olaraq onların xarici görünüşünü daxili aləmləri ilə uyğunlaşdırmağa meydan açır.
İoneskunun ötən əsrin 50-ci illərində yazdığı bu məşhur pyesini çoxdan oxumuşdum. Sadəcə Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi qətnamə məqamında pyesi təkrar oxumaq qərarına gəldim. İoneskonun pyesdəki uzaqgörənliyi indi də təsdiqini tapır. Onun böyük bir kontorda təsvir etdiyi kərgədanlaşma indi onun vətənində, Senatda daha sürətlə gedir. Kərgədanın çıxardığı bircə səs var. 27 il biz Beynəlxalq təşkilatlardan da həmin səsləri eşitdik.
Torpaqlarımız işğaldan azad olundu. İşğaldan azad olunan şəhərlərdə və kəndlərdə barbarlar insan ağlına belə sığmayan bütün vəhşilikləri törədiblər. Bilərəkdən mədəniyyət abidələrini, təhsil müəssisələrini, məscidləri yerlə-yeksan ediblər. Bizə qarşı soyqırım törətdilər, mədəniyyətimizi məhv etmək istədilər, bizi qorxutmağa çalışdılar. Lakin heç nə əldə edə bilmədilər. Ermənistan cəmiyyəti çoxdan kərgədanlaşdığından orda Beranje kimi qalmaq çox çətindir. Kərgədanlaşma keçici olduğundan Fransa cəmiyyəti də yoluxub. Bu Covid-19-dan daha təhlükəlidir. Fransa senatında Qətnamə 295 səslə qəbul olunub. Kərgədana çevrilməyən bircə Beranje var. Erməni cəmiyyətini Fransa cəmiyyətindən tək Beranje fərqləndirir. Fransa bəşəriyyətə maarifçilik, ensiklopediya ideyalarını verməklə yanaşı həm də başüzən maşını – Gilyoteni də verib. 1789-cu ildə Parisdən deputat seçilmiş Cozef Gilyoten (Jozef Gilyoten) inqilabdan sonrakı parlamentin iclasında cəzavermənin yeni kodeksini təklif etdi. Yazırlar ki, doktor Gilyoten humanist təşəbbüslə çıxış edərək təklif edir ki, ağır cinayətlərin vahid cəza forması tətbiq edilsin. Cinayətkarın tutduğu mövqedən asılı olmayaraq onun başının bədənindən ayrılmasının mexanizmi işlənilsin. 1793-cü ilin iyul ayından 1794-cü ilin iyul ayına qədər 17 min nəfərin başı bədənindən ayrılmışdır. Maşın gecə - gündüz işləyirmiş. İndi Gilyoten yoxdur, lakin pambıqla baş kəsmək mexanizmlərini işləyirlər. Soyqırıma və barbarlığa bəraət qazandırırlar. Fransa senatının qəbul etdiyi kağız parçasında yazılanlar isə kərgədanın dəyişməz səsindən başqa bir şey deyil.
P.S.: Fransa Əlcəzairdə XX əsrin tən ortasında 1 milyon əlcəzairli öldürüb, 2 milyondan çox insan düşərgələrə və zindanlara atılıb, 9 min yaşayış məntəqəsi yerlə-yeksan edilib. Qardaşları ermənilər onların yolunu getdilər. Genetik sürəklilik elə vəhşiliklərin əxz olunmasından başlayıb.