İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:42 | 29 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 682 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Britaniya-Avstraliya əsilli akademik Kaylie Mur Gilbert deyib ki, İran Avstraliyaya sızıb və İranda insan haqlarının pozulmasına qarşı çıxış edən avstraliyalıların fəaliyyətlərini izləyir.
İki il undan öncə İranda 800 günlük həbsdən azad edilərək vətəninə qayıdan alim İranın təxribatçı səyləri barədə açıqlama verib.
Avstraliyanın “ABC Net” telekanalının məlumatına görə, o, İranda son zorakılıqların insan haqları ilə bağlı nəticələri ilə bağlı parlament iclasında danışıb. Xanım Gilbert bildirib ki, İran İslam Respublikası bu sahədə geniş iş aparır və Avstraliyada kəşfiyyat məlumatlarının toplanması və təsir şəbəkələrinə malikdir.
“Avstraliyada İslam Respublikası əleyhinə nümayişlərə qatılan avstraliyalı iranlılar Avstraliyadakı siyasi fəaliyyətlərinə görə İrandakı ailələrinin təhdid edildiyini bildiriblər. Onlar habelə İslam Respublikasının Avstraliyadakı agentləri tərəfindən də hədəfə alınıb”, – o, deyib.
Kayle Mur Gilbert İrandan Avstraliyaya qayıtdıqdan sonra belə Tehran hökuməti tərəfindən təhdid edildiyini qeyd edib.
Qeyd edək ki, “İslam mədəniyyəti” tədqiqatçısı olan Gilbert 2018-ci ilin sentyabr ayında İranda keçirilən elmi konfransa qatıldıqdan sonra ölkədən çıxarkən Tehran hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, İsrailə casusluqda ittiham edilən alim 10 il həbs cəzasına məhkum edilmişdi.
O, nəhayət noyabr 2020-ci ildə Taylandda terror hadisəsində iştiraka görə tutulan və İrana bağlı olan şəxslərlə dəyişdirilərək ölkəsinə qaytarılıb.