İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:33 | 9 dekabr 2022 | Cümə
Məqaləyə 1535 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın İrana heç vaxt olmadığı kimi hərbi və texniki dəstək verdiyini və iki ölkə arasındakı əlaqələrin “tam müdafiə ortaqlığına” çevrildiyini bildirib.
Kirbi ABŞ xarici siyasətindəki son hadisələri “Zoom” proqramı vasitəsilə onlayn rejimdə Ağ Ev müxbirlərinə dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
İranın Ukraynada istifadə üçün Rusiyaya İHA dəstəyi verdiyini ifadə edən Kirbi, “Bunun müqabilində Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir. İki ölkə arasındakı əlaqələr tam hüquqlu müdafiə ortaqlığına çevrilir. Bu, durum təkcə Ukraynaya deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşmışıq”.
İranın hərbi baxımdan Rusiyanın “bir nömrəli dəstəkçisi” olduğunu qeyd edən Kirbi avqust ayından bu yana Ukraynadakı müharibə ilə bağlı yüzlərlə İHA tədarük etdiyini vurğulayıb.
Kirbi “İranın hərəkətlərinə görə Ukraynada insanlar ölür” sözlərilə İranın yaxın aylarda dəstəyini artıracağını və Rusiyaya yüzlərlə ballistik raket satmağı düşündüyünü bildirib.
Kirbi, “Moskva və Tehranın Rusiyada silahlı İHA istehsal etmək üçün ortaq istehsal xətti qurmağı düşündüyünü də bilirik. Rəsmi Tehranı yolundan dönməyə və bu addımları atmamağa dəvət edirik”, – dedi.
Rusiyanın İranla silah inkişafı kimi sahələrdə də əməkdaşlığa can atdığını ifadə edən Kirbi, “Rusiyanın İrana qabaqcıl hərbi materiallar vermək niyyətindən narahatıq. Moskva Tehrana helikopterlər və hava hücumundan müdafiə sistemləri kimi avadanlıq dəstəyi verə bilər“.
Kirbi əlavə edib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi və iki ölkənin bu hərəkətlərdən əl çəkməsi üçün əllərindən gələni edəcəklər.