İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:18 | 31 iyul 2024 | Çərşənbə
Məqaləyə 788 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran dövlət televiziyasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, HƏMAS terror təşkilatı Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehrandakı iqamətgahına edilən terror aktı nəticəsində həyatını itirib. Hücum zamanı Haniyənin mühafizəçilərindən birinin də öldüyü bildirilib.
İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
***
HƏMAS terrorçularının liderlərindən İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrail ordusunun hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.
HƏMAS-ın verdiyi yazılı açıqlamada Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olduğu bildirilib. Mərasimdən sonra Haniyənin Tehrandakı iqamətgahına İsrail ordusu hava zərbəsi endirib.
HƏMAS “qorxaqlıq” olaraq xarakterizə etdiyi hücumun cavabsız qalmayacağını qeyd edib. Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas da hücumu pisləyib.
İranın Təhlükəsizlik Şurası və SEPAH İsrailə cavabı müzakirə etmək üçün bu səhər fövqəladə iclas keçirib. İran mediası Haniyənin Tehranda çəkilmiş son şəklini paylaşıb.
***
İsrail ordusu isə İranın paytaxtı Tehranda HƏMAS lideri Haniyəyə hücumu şərh etməkdən imtina edib.
İsrail naziri Amiçay Eliyahu Haniyənin öldürülməsini alqışlayıb. Sosial media hesabından paylaşım edən Eliyahu “Haniyənin ölüm ilə dünya daha da gözəlləşəcək”, – deyib.
***
Aprelin 10-da İsrail ordusu Qəzzanın qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin bir çox ailə üzvlərinin olduğu avtomobili atəşə tutub.
Hücumda 3 oğlu və 4 nəvəsini itirən Haniyə “övladlarının Qəzzanı tərk etmədiyini, Qüds və Məscidül-Əqsanın azad edilməsi üçün canlarını fəda etdiyini”, – deyib.
Ramazan bayramında İsrail ordusunun təşkil etdiyi hücumda yaralanan Haniyənin nəvəsi Mələk Haniyə müalicə olunduğu xəstəxanada ölüb.
İsrail mətbuatının yazdığına görə, “Haniyənin oğullarına sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib”.
Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.