Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
11:14 | 31 iyul 2024 | Çərşənbə
Məqaləyə 802 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Tehranda HƏMAS lideri Haniyəni və Livanın paytaxtı Beyrutda təşkil edilən hücumlarda “Hizbullah” lideri Fuad Şükrü qətlə yetirən İsrail mümkün cavab tədbirindən narahat olub. Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə İsrail rəhbərliyinin ölkənin şimalını uçuşlara bağladığı bildirilib.
İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib. Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirib.
***
Bu arada İsrail baş nazirliyinin kabinet üzvlərindən İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi barədə açıqlama verməmələrini xahiş etdiyi bildirilib.
HƏMAS və İran İnqilab Keşikçiləri (SEPAH) Haniyənin ölümü ilə nəticələnən hücumun arxasında İsrailin olduğunu açıqlayıb. İsrail rəsmiləri Haniyənin qətli ilə bağlı susqunluğunu davam etdirir.