Xameneyinin qətli Putini təlaşlandırıb
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
14:24 | 18 avqust 2024 | Bazar
Məqaləyə 236 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
1953-cü ildə İngiltərənin nəzarətində olan nefti milliləşdirən baş nazir Məhəmməd Musaddiqin devrilməsi ilə nəticələnən çevrilişdəki roluna görə ABŞ İran tərəfindən məhkəməyə verilib. 71 il sonra baş verən siyasi hadisəylə bağlı qaldırılan iddianın ilk prosesi keçirilib.
Tehranda 55-ci Beynəlxalq Hüquq Məhkəməsində keçirilən işin ilk iclasında işə qarışan çoxlu sayda vətəndaş və jurnalistlə yanaşı, Müsəddiqin nəvəsi Mahmud Müsəddiq də iştirak edib.
İclasın əvvəlində çıxış edən məhkəmə hakimi Məcid Hüseynzadə bildirib ki, ABŞ hökuməti və 6 Amerika rəsmisinə qarşı açılan işdə ölkənin 20-dən çox ştatından təxminən 402 min İran vətəndaşı iştirak edir.
Daha sonra iddiaçıların vəkillərindən Şami Akdem çıxış edib: “Kəşfiyyat sənədləri və mövcud sənədlər göstərir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Britaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək 1953-cü il avqustun 19-da yerli və xarici agentləri vasitəsilə İranın qanuni hökumətinə qarşı hərtərəfli çevriliş planlaşdırıb. Bu çevrilişin əsas məqsədi İngiltərənin İrandakı təsirini öz xeyrinə dəyişmək idi”.
İranlı vəkil bildirib ki, çevriliş nəticəsində İran vətəndaşlarına dəyən zərərin ödənilməsi üçün məhkəmədən ABŞ-a qarşı maddi, mənəvi və cəza təzminatının təyin edilməsini istəyiblər.
Daha sonra iclasda iştirak edən Məhəmməd Musaddiqin Qulaməli sözlərini ifadə edə bilmədiyi üçün qocalığını əsas gətirərək onun adından hazırladığı yazılı mətnin oğlu Mahmudun oxumasını xahiş edib.
Mətndə Müsəddiq atasının nefti milliləşdirmək uğrunda apardığı mübarizənin yaxından şahidi olduğunu bildirib.
Müsəddiq məhkəmədən İranın qanuni hökumətinin aradan qaldırılması və ölkənin sərvətlərinin talanması nəticəsində verdiyi böyük itkilərə görə ABŞ-a qarşı maddi, mənəvi və cəza təzminatının təyin edilməsini istəyib.
Məhkəmənin yaxın günlərdə davam etdiriləcəyi bildirilib.
İran neftinin milliləşdirilməsi hərəkatına rəhbərlik edən baş nazir Məhəmməd Musaddiq ABŞ MKİ-nin 1953-cü il avqustun 19-da təşkil etdiyi və tarixə “Ayaks əməliyyatı” adı ilə düşən çevrilişlə devrildi.
Daha sonra 2013-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfilikdən çıxarılan dövlət arxivlərində bu çevrilişdə ABŞ və Böyük Britaniyanın roluna dair sübutlar ilk dəfə ictimaiyyətə açıqlanıb. Sənədlərdən birində “Hərbi çevriliş ABŞ-ın xarici siyasətinin tərkib hissəsi kimi MKİ-nin göstərişi ilə həyata keçirilib”, – deyilir.