İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
01:41 | 21 avqust 2024 | Çərşənbə
Məqaləyə 403 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın paytaxtı Tehranda Almaniya hökumətinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzi olan Höte İnstitutu “qanunsuz fəaliyyət”lə məşğul olduğu əsası ilə bağlanıb. Tehranın İslamiyyə küçəsində yerləşən binada fəaliyyət göstərən Almaniya hökumətinə bağlı təşkilat məhkəmə orqanlarının göstərişi ilə polis tərəfindən möhürlənib.
İran hakimiyyəti institutun “qanunsuz fəaliyyəti və maliyyə pozuntuları” səbəbindən bağlandığını bildirib.
Maraqlıdır ki, bu qərar iyulun 24-də Almaniyada şiə müsəlmanlara məxsus dini mərkəzin bağlanmasından sonra verilib.
Almaniya ölkədəki şiə icmasının mühüm mərkəzlərindən biri olan “Hamburq İslam Mərkəzi”ni və onun filiallarını “antisemitizm” səbəbilə bağladığını açıqlamışdı.
Qadağa qərarından sonra polis 8 ştatda 53 mülkdə axtarış aparıb və bu təşkilatların aktivlərinə həbs qoyub.
***
Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İnstitutun insanların çətin şəraitdə dil öyrənmək üçün şəxsi səylər göstərdiyi məşhur və tanınmış görüş yeri olduğu və eyni zamanda İran və Almaniyadakı insanlar arasında bağları gücləndirmək məqsədi daşıdığı bildirilib.
Bəyanatda deyilir: “İran təhlükəsizlik orqanlarının Tehran Alman Dili İnstitutuna qarşı hərəkətini pisləyirik. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz”.
Bəyanatda İranın Berlindəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığı və “Yeni İran hökumətini təhsilin dərhal bərpasına icazə verməyə çağırırıq”, – deyilib.
Bildirilib ki, DSIT 1995-ci ildə Almaniya səfirliyi tərəfindən yaradılıb və A1 səviyyəsindən C2 səviyyələrinə qədər dil kursları təqdim edir.