“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
15:24 | 1 sentyabr 2024 | Bazar
Məqaləyə 342 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
İran prezidenti Məsud Pezeşkian hədəflənən 8 faizlik artım üçün 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac duyduqlarını və iqtisadi problemlərin xarici əlaqələrlə bağlı olduğunu bildirib. Pezeşkiyan dövlət televiziyasında iştirak etdiyi proqramda yeni hökumətin daxili və xarici siyasəti ilə bağlı dəyərləndirmələr edib.
Pezeşkian ədalət və ayrı-seçkilik mövzusunu vurğulayaraq, “İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropanın ağır sanksiyalarına məruz qalırıq, lakin insanlara qarşı mehriban davranmalıyıq. Ədaləti olmalı, ayrı-seçkiliyi və məhrumiyyətləri aradan qaldırmağa çalışmalıyıq”, – deyib.
İqtisadi problemlərə diqqət çəkən Pezeşkian xalqın mövcud vəziyyəti və yüksək inflyasiyanı hiss etdiyini, problemin həlli üçün işə başladıqlarını bildirib.
Pezeşkian, “Ölkə daxilindəki fikir ayrılıqlarını, qonşularımızla və dünya ilə olan problemləri həll etməliyik. İqtisadiyyat artıq xarici mövzularla bağlıdır”, – deyib.
İran lideri Ayətullah Əli Xameneyi tərəfindən vurğulanan iqtisadiyyatda 8 faizlik artım üçün xarici sərmayəyə ehtiyacları olduğunu izah edən Pezeşkian deyib: “Mütəxəssislər düşünür ki, 8 faizlik artım üçün 200 milyard dollar sərmayə lazımdır. Bu, ölkə daxilində kapital və məhsuldarlığı artırmaqla mümkündür, lakin ölkədəki ümumi kapitalımız 100 milyard dolları keçmir. Ona görə də 100 milyard dollar xarici sərmayə ehtiyacımız var. Bu, bizim xarici əlaqələrimizlə və dünya ilə bağlıdır”.
Digər tərəfdən, İran Prezidenti Pezeşkian sosial media hesabından paylaşdığı mesajda ölkədəki internet qadağalarına diqqət çəkərək, “İctimaiyyətin rahatlığı üçün Ali Milli Məclisdə kiber məkanla bağlı qaydaları Təhlükəsizlik Şurası və Ali Kiber Məkan Şurası ilə birlikdə müəyyən edəcəyik”, – deyib.