
VURAL yunanları “kor” edib
Türkiyənin Şimali Kiprə yerləşdirdiyi radar sistemi ilə Yunanıstanı təlaşlandırıb
Türkiyənin Şimali Kiprə yerləşdirdiyi radar sistemi ilə Yunanıstanı təlaşlandırıb
Cənubi Kipr yunan administrasiyasında Türkiyə əleyhinə təşkilatlanma
Dövlət sektorundakı dərin korrupsiya Yunanıstana ildə 14 milyard avro ziyan vurur
Macarıstanın baş naziri Viktor Orbandan Avropa Birliyinə xəbərdarlıq
Macarıstanın Baş naziri Orban: “İmperiya kömək etmək yox, istila etmək istəyir”
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
“Heç kim Putinə qarşı Ərdoğan kimi oynaya bilmədi”
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
Yunanıstanda 2023-cü ildə baş verən qatar qəzasına qarşı etiraz aksiyası şiddətə çevrilib
Qatar qəzasının ikinci ildönümü ilə əlaqədar etirazlar və tətillər səbəbindən Yunanıstanda həyat durdu
Yunan mətbuatında Türkiyə etirafı – Meteorların satışının qarşısını almaq mümkün deyil
“Ömürlük azad olunacaqlar”
Parisdən əliboş qayıdan Mitsotakisun yeni hədəfi İngiltərə olub
Şəhər mərkəzinə axışan fermerlər baş nazirin olduğu hotelə doğru hərəkət ediblər
Müxalifət ölkəsinin Fransada Ukrayna sammitindən kənarlaşdırıldığnı iddia edir
Qalmaqallı Türkiyə-Yunanıstan müqayisəsi: “ABŞ öz seçimini etməlidir”
Macarıstanın hakim partiyası aprelin 7-də parlament seçkilərində qalib olacağına işarə edir. Rəy sorğularına görə, sağçı partiyanın daha az səs toplaması gözlənilir. Bu barədə «abcnews» xəbər verir.
Baş nazir Viktor Orbanın Fidesz partiyası və müttəfiqi olan xristian demokratların asanlıqla qalib gələcəyi proqnozlaşdırılır. Hətta onların səslərin üçdə ikisini toplamaq ehtimalı da var. 2010-cu ildə qəbul edilmiş qanunvericiliyə görə, bu halda yeni konstitusiya qəbul etmək, iqtisadi tədbirlər görmək, gücü mərkəzləşdirmək və özəl sektorun hesabına dövlətin təsir gücünü artırmaq olar.
Sorğulara əsasən, Fidesz səslərin təxminən 45-50 faizini toplayacaq. Atilla Mesterhezinin (Attila Mesterhazy) rəhbərlik etdiyi beş solçu qrup və Sosialist Partiyasının birgə koalisiyası ilə sağçı Jobbik partiyası arasında ikincilik uğrunda qızğın rəqabət olacaq. Koalisiyanın 25, Jobbikin isə 20 faiz toplayacağı proqnozlaşdırılır.
İddiaçılar
Fidesz hər fürsətdə seçicilərə xatırladır ki, sosialistlər 1990-cı ilə qədər Sovet hökumətinin dəstəyilə Macarıstanı idarə edən kommunist partiyasının varisi olmaqdan qurtulmağa çalışırlar. Onların 2002-2010-cu illərdə baş tutan fəlakətli hakimiyyət dövrü ölkəni az qala müflis olmaq həddinə gətirib çıxarmışdı.
2010-cu ildə Jobbik səslərin 16,7 faizini toplamışdı. O, yüksək səviyyədəki işsizlikdən və ölkənin ən böyük, eyni zamanda ən kasıb milli azlığı olan qaraçı qonşuları ilə konfliktlərdən əziyyət çəkən kənd camaatına müraciət etmişdi. İndi Macarıstanın 2004-cü ildə qoşulduğu Avropa İttifaqından (Aİ) ayrılmasının tərəfdarı olan Qabor Vonanın (Gabor Vona) partiyası anti-qaraçı və antisemitizm bəyanatlarını qismən yumşaldıb və öz siyasətçilərinin ev heyvanları ilə şəkillərini yayımlayıb. O, əsas partiyaların laqeydliyindən və korrupsiyadan bezmiş macarların diqqətini çəkməyə çalışır.
Yeni səsvermə sistemi
Fidesz yeni səsvermə sistemini təqdim edib. Bu sistemə görə, millət vəkillərinin sayı 386-dan 199-a endirilir və qonşu ölkələrdə ikili vətəndaşlıqla yaşayan yüz minlərlə macarın səsvermə hüququ tanınır. Eyni zamanda, bu, hakim namizədlərin xeyrinədir. Beləliklə, Fidesz seçicilərin 50 faizdən azının səsini toplamaqla, səslərin üçdə iki hissəsini qazana bilər. Bu sistemlə partiyaların siyasi reklamı məhdudlaşdırılsa da, hökumət təbliğatına məhdudiyyət qoyulmur. Qeyd edək ki, Fidesz seçkiqabağı hiyləyə əl ataraq əhalinin yerdəyişməsindən istifadə etdiyinə görə lazımi dəyişiklik edilməyib.
Orbanın islahatları
Orban hökuməti Macarıstanın 2010-cu ildəki maliyyə problemlərini Yunanıstandakı böhranla müqayisə edib. Hələ də hökumət Beynəlxalq Valyuta Fondu ilə yeni razılıqdan imtina edir. Belə bir razılaşma olarsa, özəl pensiya fondları tərəfindən idarə olunan 14 milyard dollarlıq aktivlər milliləşdirilə, banklara, çoxsaylı sənaye müəssisələrinə və kommunal xidmətlərə vergilər tətbiq edilə bilər. Xatırladaq ki, 2008-ci ildə fond 20 milyard avroluq (sonra 26 milyard dollar) «xilas» paketi təqdim etmişdi.
Digər tədbirlərə 16 faizlik sabit vergi gəliri, ailələr üçün vergi güzəştləri və ictimai iş proqramı daxildir. Həmin proqram 2010-cu ilin ortalarında 11,3 faiz təşkil edən işsizlik göstəricisinin fevral ayında 8,6 faizə enməsində mühüm rol oynamışdı. Daxili tələbatın və kommunal xərclərin azalması 2010-cu ildə 4,9 faiz təşkil edən inflyasiyanın 2013-cü ildə 1,7 faizə qədər enməsinə gətirib çıxarmışdı.