Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
09:07 | 15 sentyabr 2024 | Bazar
Məqaləyə 605 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İsrail mediası İsrailin baş naziri Benyamin Netanyahunun şimalda Livan cəbhəsinə “Hizbullah” terror təşkilatına qarşı hücumları genişləndirmək qərarına gəldiyini iddia edib.
“Kanal 13” internet saytında yer alan xəbərə görə, Netanyahu sentyabrın 12-də şimal cəbhəsindəki gərginliyi müzakirə etmək üçün strateji toplantıya qatılıb.
Baş nazir burada bəyan edib ki, İsrail “şimal cəbhəsində hərtərəfli və güclü əməliyyat keçirmək niyyətindədir”.
Telekanal Netanyahuya yaxın və kimliyini açıqlamayan yüksək səviyyəli bir məmura istinadla şimal cəbhəsindəki bu hücumların dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin bu addımın yaxın vaxtlarda atılmasının planlaşdırıldığını bildirib.
İsrail Təhlükəsizlik Kabinetinin bu həftə şimal cəbhəsindəki gərginliyi həll edəcəyi gözlənilir.
Kanal həmçinin bildirib ki, kimlikləri açıqlanmayan bəzi İsrail təhlükəsizlik rəsmiləri şimal cəbhəsindəki hücumların genişləndirilməsinin Qəzzada hərbi varlığın azaldılmasını da tələb edəcəyini vurğulayıblar.
Bu rəsmilər Netanyahuya xəbərdarlıq ediblər ki, İsrailin şimalındakı mövcud vəziyyəti dəyişdirmək cəhdləri “tammiqyaslı müharibəyə gətirib çıxara bilər”.