vaxtlı-vaxtında oxuyun! Cümə, 30 oktyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
Pezeşkiyanın İsrail bəyanatı 15:09 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pezeşkiyanın İsrail bəyanatı

Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Məsud Pezeşkianın ölkəsinin İsraillə gərginliyi azaltmağa hazır olduğu barədə açıqlamaları yayıldı. İran hökuməti bu bəyanatların doğruluğunu təkzib etsə də, bu ölkədə geniş müzakirələrə səbəb olub.

Pezeşkiyan bazar ertəsi (sentyabrın 23-də) Baş Assambleyanın iclaslarına qatılmaq üçün Nyu-Yorka gəldikdən sonra Amerika mətbuatına açıqlama verib. “Bloomberg” agentliyi Pezeşkiana istinadən yazıb ki, İran “qarşı tərəfdən oxşar öhdəlik gördüyü müddətcə, İsraillə gərginliyi azaltmağa hazırdır”.

Pezeşkianın “İsrail silahları yerə qoysa, İran da eyni addımı atmağa və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq təşkilatın bölgəyə gəlməsinə hazırdır”, – dediyi səs yazısı yayılıb.

İranın xarici işlər naziri Abbas Araqçı “düşmən” kanalını və İsrailin hesablarını mübahisəyə səbəb olmaqda ittiham edib. Dünən axşam dövlət televiziyasına verdiyi açıqlamada Araqçı, “Pezeşkianın açıqlamalarına baxın. Onlar İsrailin cinayətlərini qınamağa və xarici siyasətimizin əsas prinsiplərindən biri olan müqavimət oxunu dəstəkləməyə yönəlib”, – deyib.