Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
12:48 | 27 sentyabr 2024 | Cümə
Məqaləyə 3192 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Yaponiya ucuz başa gələn yeni texnologiya ilə müasir müharibənin balansını dəyişir
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Sunami xəbərdarlığı verildi, minlərlə insan təxliyə edildi
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
“ABŞ Yaponiya mallarına tətbiq etdiyi gömrük vergisini azaldacaq”
Siyasi böhran və ABŞ vergilərinə baxmayaraq ...
Yaponiyada “Nikkei 225” güclü ÜDM və İşibanın istefası sonrası sıçradı
Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
Tramp gömrük vergisi tətbiq edən sazişi imzaladı
Şəhərlərdə tüfəng istifadəsinə icazə verildi
Keçmişdə kənd təsərrüfatı və müdafiə naziri vəzifəsində çalışmış LDP-nin keçmiş baş katibi İşiba Şiqeru Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) prezident seçkilərində qalib gəlib.
Baş nazir və LDP lideri Kişida Fumio siyasi maliyyə qalmaqalını əsas gətirərək istefa verəcəyini elan etdikdən sonra hakim partiyanın yeni lideri seçki qurultayında müəyyən edilib. Paytaxt Tokioda keçirilən seçkili qurultayda yarışan ikisi qadın olan 9 namizəddən heç biri ilk turda səs çoxluğunu qazana bilməyib.
Birinci turun nəticələrinə görə, iqtisadi təhlükəsizlik üzrə dövlət naziri Takaiçi Sanae və hər biri bir il kənd təsərrüfatı və müdafiə nazirləri vəzifəsində çalışmış LDP-nin keçmiş baş katibi İşiba Şiqeru ikinci tura keçiblər.
Qadın namizəd Takaiçi 181 səslə birinci, keçmiş nazir, LDP-nin baş katibi İşiba 154 səslə ikinci, keçmiş energetika naziri Koizumi Şinciro isə 136 səslə üçüncü olub.
Namizədlər birinci turda səs çoxluğu əldə edə bilmədiklərindən ikinci turda ən çox səs toplayan Takaiçi və İşiba mübarizə aparıb.
İkinci turun sonunda 215 səs toplayan İşiba LDP-nin yeni lideri, Takaiçi isə 194 səs toplayıb.
İşiba gələn həftə LDP və onun koalisiya tərəfdaşı Komeitonun üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının (Shuugiin) sessiyasında Yaponiyanın yeni baş naziri elan ediləcək.