İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:06 | 15 yanvar 2025 | Çərşənbə
Məqaləyə 587 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran prezidenti Məsud Pezeşkian NBC kanalının əməkdaşı Lester Holta müsahibəsinə verib. Bu barədə İran Prezident Administrasiyasının kommunikasiya və informasiya üzrə müavini Seydi Mehdi Təbatəbai dünən “X” hesabında paylaşım edib.
“Məsud Pezeşkianın məşhur amerikalı aparıcı Lester Holtla müsahibəsində verdiyi “vacib mesajı” bu gün NBC kanalında yayımlanacaq. İran “bölgədə və dünyada sülh və gərginliyin azaldılmasına çağırır, “sionist rejimin” müharibə və qızışdırmasını, hücumlarını və soyqırımını pisləyir, eyni zamanda şərəfli və bərabərhüquqlu danışıqlara hazırdır”, – deyə Təbatəbai bildirib.
Pezeşkian aparıcı Lester Holtla NBC kanalına müsahibəsində deyib ki, “İslam Respublikası ABŞ-da prezident seçkiləri zamanı Donald Trampa sui-qəsd cəhdi etməyib və gələcəkdə də etməyəcək”.
Məlumata görə, müsahibədə Məsud Pezeşkian İranın ABŞ-nin indiki və ya keçmiş rəsmilərinə sui-qəsd cəhdində hər hansı əli olduğunu dərhal yalanlayıb. O, bildirib ki, bu, “İsrail və digər ölkələrin İran qorxusu yaratmaq məqsədi ilə həyata keçirdikləri cəhddir”.
Bir müddət öncə ABŞ Ədliyyə Nazirliyi SEPAH-ın 51 yaşlı Əfqanıstan vətəndaşı Fərhad Şakəriyə Donald Trampa sui-qəsd planı hazırlamaq tapşırığını verdiyini açıqlayıb.
ABŞ rəsmiləri bildiriblər ki, bu plan İranın 2020-ci ildə İraqda dron zərbəsi nəticəsində öldürülən SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin qisasını almaq səylərinin bir hissəsidir.
“Araz News” bu xəbərə reaksiya verib: “İranda ölkənin xarici siyasətinin istiqamətini müəyyən edən fars-molla rejiminin ali rəhbəri Əli_Xameneyidir, prezidentlər və xarici işlər nazirləri isə onun göstərişlərini yerinə yetirən şəxslərdir. Xameneyi ötən həftə etdiyi çıxışında bəyan edib ki, İran rəsmiləri ABŞ və israillilərin tələblərini heç bir şəkildə nəzərə almamalı və danışıqlar aparmaq üçün onların siyasətindən qorxmamalıdırlar”.