Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
16:51 | 24 yanvar 2025 | Cümə
Məqaləyə 477 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
“Deportasiya qoxusunu sevirəm”
Müxalifət senatoru ilə Senatın sədri arasında əlbəyaxa dava oldu
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Meksikada qorxulu artım
Mexiko Pekinin mallarına gömrük rüsumlarını artırır
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
Meksika, Donald Trampın ölkə daxilində planlaşdırdığı kütləvi deportasiya kampaniyasının bir hissəsi olaraq ölkəyə geri göndərilməsi gözlənilən minlərlə insanı yerləşdirmək üçün bir neçə şəhərdə təcili yardım və qaçqın düşərgələrini hazırlayır.
“Reuters” xəbər verir ki, hökumət rəsmiləri, o cümlədən Meksika donanması Matamoros və Ciudad Juarez şəhərlərində düşərgələr qurmağa başlayıb. Juarezdən olan bir bələdiyyə məmuru Enriki Likon, agentliyə “Bu, görünməmiş bir hadisədir”, – deyib.
Bu arada, Ticuanada əyalət rəsmiləri Trampın deportasiya planlarından əvvəl keçən həftə fövqəladə vəziyyət elan ediblər və kütləvi miqrasiya üçün öz düşərgələrini hazırlayıblar.
Şəhərin “Jardín de las Mariposas” sığınacağının direktoru C.Camie Marin CNN-ə, “Prezident Tramp administrasiyasının qəbul etdiyi qərarlarla bağlı kollektiv narahatlıq var...”, – deyib.
Texas ştatının Braunsvill şəhərinin yaxınlığındakı sərhəd keçidi olan Matamorosdakı liderlər Trampın planlaşdırdığı immiqrasiya dəyişikliklərinin insanları Meksikada qapalı vəziyyətdə qoyacağından narahatdırlar.
“Mütəşəkkil cinayətkarlıq bu fəaliyyətlərlə daha da güclənir. Biz bunu görürük”, – Reynosa-Matamoros yeparxiyasının keşişi Fransisko Qallardo Texas İctimai Radiosuna deyib. Qallardo həmçinin xəbərdarlıq edib ki, Meksika yeni miqrant axını ilə məşğul olmağa hazır deyil.
Ən böyük problem qaçaqmalçıların bu vəziyyətdən sui-istifadə etmələridir.
Bağlanmadan əvvəl, təqribən 270,000 immiqrant Meksikada gözləyirdi və indi qeyri-müəyyən vəziyyətdədir.
Tramp, eyni zamanda, Meksikadan olmayan sığınacaq axtaranları Birləşmiş Ştatlara girməzdən əvvəl ölkədə gözləməyə məcbur edərək, ilk müddətli “Meksikada qal” direktivini yenidən həyata keçirir.
Məsələləri daha da çətinləşdirən Meksika tərəfi, ABŞ-dan göndərilən qeyri-meksikalı miqrantları hələ qəbul etməyəcəyini, bu sərhədi keçənlərin statusu ilə bağlı ABŞ-la potensial münaqişə yaradacağını söyləyib.
Sığınacaq sistemindəki dəyişikliklərə əlavə olaraq, Tramp sərhəddə milli fövqəladə vəziyyət elan edərək, daha çox fiziki maneələrin və ABŞ hərbçilərinin yerləşdirilməsinə haqq qazandırıb. O, həm də konstitusiya ilə qorunan doğuş hüququ olan vətəndaşlıq hüququna son qoymağa çalışıb.
İyirmi iki ştat Trampı məhkəməyə verərək, onun anadangəlmə vətəndaşlığı ləğv etmək səylərinə etiraz edib.