İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
12:16 | 11 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 388 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
“HƏMAS” terror təşkilatı dünən axşam saatlarında verdiyi açıqlamada Qəzzada əsir mübadiləsi razılaşmasının dayandırıldığını açıqlayıb.
Atəşkəsin pozulacağı təqdirdə İsrail Ordusu həyəcan vəziyyətinə gətirilərkən, ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verib: “Şənbə günü saat 12-yə qədər bütün məhbuslar azad edilməsə, atəşkəs sona çatmalıdır. Amma bu, İsrailin əlindədir. Qoyun qiyamət qopsun”.
Tramp həmçinin Qəzzalıların Misir və İordaniyaya köçürülməsi planını təkrarlayaraq, “Məncə İordaniya Qəzzalıları qəbul edəcək”, – deyib.
***
Tramp Qəzzada fələstinliləri Misir və İordaniya kimi qonşu ölkələrə yerləşdirmə planından da söz açıb və bu planın hələ də masada olduğunu bildirib.
“Onlar gedəcək yer tapa bilsələr, Qəzzadan çıxmaq istəyəcklər. Mən Qəzza zolağının ətrafındakı müxtəlif ölkələrin liderləri ilə danışdım və düşünürəm ki, onlar torpaq təmin etmək məsələsində çox müsbət fikirlər səsləndiriblər. Bizə lazım olan torpaqdır və insanların təhlükəsiz yaşaya biləcəyi gözəl bir yer tikə bilsək, Qəzzada hər kəs bunu edəcək. Onlar Qəzzanı tərk etməyi çox istərdilər, lakin onların alternativi yoxdur”, ," deyə Tramp bildirib.
Qəzzaya bənzər işğal altındakı İordan çayının qərb sahili ilə bağlı heç bir planının olmadığını qeyd edən Tramp suala cavab olaraq, “Onlar hazırda oradadırlar və məncə orada qalmaq istəyirlər. Bu fərqlidir. Qəzza zolağında indiki kimi bir vəziyyət heç vaxt olmayıb. Bununla bağlı planım yoxdur”, – deyib.
Plana müsbət cavab verməsələr, Misir və İordaniyaya ABŞ-ın müdafiə yardımını dayandırmağı düşünəcəkmi sualına Tramp, “Bəli, bu baş verə bilər”, – cavabını verib.