
“OpenAI” 40 milyard dollar vəsait toplayıb
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
18 il əvvəl insult keçirmiş bir xəstədə uğurlu oldu
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
Həkimlik və müəllimlik peşələri təhlükədə
ABŞ media orqanları “OpenAI”a qarşı iddiaların davam etdirilməsinə icazə verdi
Süni İntellektin ECgMLP adlı yeni modeli xərçəngi 99,26 faiz təyin edir
“OpenAI” səs səs gətirəcək yeni süni intellekt modelləri hazırlayır
Dünya tibb tarixində bir ilk – Avstraliyalı xəstə 100 gün sağ qala bildi
“2030-cu ilə qədər super gücə çevriləcək”
Fərdi sahibkarlığın yeni sevimlisi
Qocaların qayğısına süni intellekt qalacaq
İki süni intellekt heç kimin başa düşmədiyi dildə danışıb
“Süni intellekt işıq sürəti ilə inkişaf edir”
DBS bankı texnologiya üçün əlavə 1000 yeni vəzifə təsis edəcək
Qərbdə qorxuya səbəb olan süni intellekt Çində terapiya üçün istifadə olunur
Çinin süni intellekti ilə bağlı xeyli problem də üzə çıxıb
Baxıram ki, Qazaxıstan süni intellekt sahəsində bir az daha irəli gedərək özünün Böyük Dil Modelini (Kaz-LLM) yaradıb və açıq istifadə üçün də maraqlı tərəflərə təqdim edib.
Maraqlıdır ki, Kaz-LLM Qazax, Rus və İngilis dillərində məzmun yarada bilir.
Bu Türk dillərinə uyğunlaşdırılmış ilk böyük model hesab oluna bilər!
Modelin təlimi üçün 150 milyarddan çox token toplandığını bildiriblər. Daha az resurs tələb edən mühitlər üçün də versiyaları hazırlanıb və resurslar “Hugging Face” platformasında yerləşdirilib.
Əvvəllər də qeyd etmişdim, Azərbaycanda pərakəndə formada bir neçə süni intellekt layihələri icra edilməkdədir. eSatınalma-dan da görsənir ki, ötən ildən başlayarq dövlət qurumları bu sahəyə yatırımlar edir.
RİNN süni intellektin inkişafı ilə bağlı strategiyanın hazır olduğunu və hökumətə təqdim edildiyini bildirib.
İN isə daha irəli gedərək süni intellekt infrastrukturunun qurulması üçün, hamının istifadə edə biləcəyi Superkompüter Mərkəzinin qurulması üçün, NVİDİA-dan çiplərin alınması üçün 10 milyon manat investisiya ayırıb. Artıq çiplərin alındığı, Mərkəzin qurulmasına start verildiyi bildirilir.
Lakin bu sahədə bizdə pərakəndəlik və ləngimələr açıq-aşkar görünür.
Hazırda Azərbaycanda NLP və LLM sahəsində sistemli fəaliyyət və vahid strategiya yoxdur. Dövlət qurumları müəyyən addımlar atsa da, hələ də Milli Korpus və Az-LLM modeli mövcud deyil. Sadəcə AMEA və ETN-in bəzi universitetlərində müəyyən tədqiqatlar aparılır.
Bəzi şirkətlər, müstəqil tədqiqatçılar və fiziki şəxslər, proqramçılar Azərbaycan dilinin işlənməsi və təbii dilin emalı üzrə müəyyən layihələr və tətbiqlər üzərində işlər görür.
Milli Korpus, Ana dilimizdə süni intellekt həllərinin və NLP ( təbii dilin emalı) layihələrin inkişafı üçün, mətnlərin emalı və riyazi-statistik təhlili üçün, kompüter dilçiliyinin inkişafı üçün bir nömrəli məsələdir.
O zamankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində müəyyən addımlar atılsa da, bu layihə çərçivəsində toplanmış məlumat bazasının Nazirliyə verildiyi bildirilsə də, hamı üçün əlçatan olan resurs indiyədək də ortada deyil.
Əgər bu yoxdursa onda Az-LLM-dən danışmaq ümumiyyətlə yersizdir. Keyfiyyətli və zəngin Milli Korpus əsasında , Azərbaycan dilində mətnlər yaratmaq, suallara cavab vermək, məzmunu analiz etmək və avtomatik tərcümə və s. bu kimi funksiyaları yerinə yetirə bilən keyfiyyətli bir süni intellekt modelinin – Az-LLM-in yaradılması çox vacibdir.
Fikrimcə, Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır.
Azərbaycan dilinin qorunması və spesifikliyi baxımından, onun rəqəmsal mühitdə inkişafı, xüsusilə də təhlükəsizlik baxımından Az-LLM zəruridir.
Model Azərbaycanın süni intellekt sahəsində irəliləyişi üçün əsas baza olmalı və dilimizin qlobalda daha geniş istifadəsini təmin etməlidir.
Bunun reallaşması üçün bütün maraqlı tərəflər, dövlət qurumları, universitetlər və tədqiqatçıar, biznes bir araya gəlməlidir.
Bildiyim qədər İRİA bu yaxınlarda maraqlı tərəflərin iştirakı ilə bu istiqamətdə işlərə başlamağı hədəfləyib.