ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
08:09 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
İsrailin Baş Qərargah rəisi təyin edilən Eyal Zamir “HƏMAS” terror təşkilatına qarşı bir çox hücumda iştirak edən bir ali rütbəli zabit kimi diqqət çəkir.
Ehtiyatda olan general-mayor Eyal Zamir İsrailin 24-cü Baş Qərargah rəisi təyin edilib. Zamir “HƏMAS” qarşı hücumları dəstəkləyən, sərt hərbi doktrinaları ilə tanınan, Qəzzadan Ceninə qədər terrordan təmizləmə əməliyyatlarına rəhbərlik edən bir komandir kimi seçilib.
İsrailin hazırkı atəşkəs prosesinə nəzarət, əgər anlaşma pozularsa “HƏMAS” terror təşkilatını birdəfəlik məhvetməni həyata keçirmək ordunun başına gətirilib.
***
İsrailin hazırkı Baş Qərargah rəisi Herzi Halevinin istefasından sonra müdafiə naziri Yisrael Katz Zamirin “sərt siyasət yürütəcəyinə” inamını “Eyal Zamir ağıllı və məsuliyyətli şəkildə İsrail ordusuna rəhbərlik edəcək və oktyabr ayından çıxardığımız dərslərdən gücümüzü artıracaq”, – sözləri ilə ifadə edib.
Bu bəyanat Zamirin vəzifəyə başlaması ilə “HƏMAS“ terror təşkilatına xəbərdarlıq kimi qiymətləndirilir. Zamir istər “Hizbullah”, istərsə də “HƏMAS” terror təşkilatlarına qarşı amansız və sərt dəst-xətti ilə tanınır.
***
Eyal Zamir hərbi karyerasının çox hissəsini hərbi əməliyyatları idarə və terrorçulara qarşı hücumlar təşkil etməklə keçirib.
2002-ci ildə Cenində “Müdafiə Qalxanı” əməliyyatı zamanı “HƏMAS” terrorçularını hədəf alan əməliyyatlarda iştirak etmişdir.
Köçkünləri qorumaq üçün Qəzzada “HƏMAS” terror təşkilatı ilə birbaşa qarşıdurmaya girdi. Qolan Təpələrində məsul diviziya komandiri vəzifəsində çalışıb.
O, İsrailin quru əməliyyatlarını vurğulayan strategiyalar hazırlayıb və hərbi birliklər arasında əməkdaşlığı artıraraq terrorla mübarizəni daha sistemli hala gətirib.
***
Diplomatik analitiklərin fikrincə, Zamirin hərbi nailiyyətləri İsrailin terroru bitirməyə yönəlmiş strategiyaları ehtiva edir.
***
Diplomatik analitiklərin fikrincə, İsrailin bu təyinatla verdiyi mesaj aydındır: Terrorla mübarizəni artıran və “HƏMAS”ı yox etmə planı başlanılacaq.
Bu təyinat həm də İordan çayının qərb sahilində İranın “müqavimət oxu”nun məhv edilməsi planlarının artacağına ciddi işarədir. Diplomatik analitiklərin fikrincə, Zamirin rekordunu nəzərə alsaq, aydın olur ki, bu təyinat “Hizbullah” və “HƏMAS” terror təşkilatlarının sonun gəldiyi deməkdir.