İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:41 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 275 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
“Wall Street Journal”ın (WSJ) məlumatına görə, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə hücumlar planlaşdırdığını bildirib.
Qəzetin kəşfiyyat məlumatı olan şəxslərə əsaslanaraq, ABŞ kəşfiyyatı İsrailin İrana hücum etməyə hazırlaşdığına dair məlumatların yer aldığı hesabat hazırlayıb.
Hesabatda ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna doğru İsrailin İrana hücumu riskinin artdığı bildirilib.
Son zamanlar İranın hərbi infrastrukturunun “zəiflədiyi” bildirilən hesabatda Yaxın Şərqdə hərbi fəaliyyətlərin arta biləcəyi barədə xəbərdarlıq edilib.
ABŞ kəşfiyyatının hazırladığı ikinci hesabatda İsrailin ABŞ prezidenti Donald Trampın prezidentlik müddətinin ilk günlərində İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı qeyd edilib.
Xəbərdə İsrailin İranı zəiflətmək üçün onun nüvə obyektlərinə “əhəmiyyətli hücumlar” təşkil etməyi planlaşdırdığı bildirilib.
Kəşfiyyat hesabatı ilə tanış olan insanlar Trampın hücumları Baydendən daha çox dəstəklədiyini, buna görə də İsrailin Tramp administrasiyasına dəstək üçün təzyiq edə biləcəyini söyləyib.
Hücumlarda İsrailin ABŞ-ın hərbi dəstəyi və sursatına ehtiyac duyacağı da bildirilib.