
Başıbəlalı saziş
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
Lukaşenko Zelenskini təhqir edib
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Prezident Tramp Ukraynaya bütün hərbi yardımı dayandırıb
Trampın Zelenski ilə bağlı açıqlaması
ABŞ nazirindən Ukraynaya ultimatum
Zelenski: “Diplomatik səylərdə Amerika ilə əməkdaşlıqda olacaq”
Tramp-Zelenski gərginliyindən sonra keçirilən sorğuda təəccüblü rəqəmlər
Mayk Conson: “Ya Zelenski özünə gəlməli, danışıqlar masasına qayıtmalıdır, ya da ...”
Mayk Uolts: “Zelenski tələblərə cavab verməzsə, bu, problemə çevriləcək”
Finlandiya prezidenti Stubb: “Tramp-Zelenski debatında Putin qalib gəlib”
Diplomatik uğursuzluq və siyasi reallıqlar
Dəfələrlə xəbərdarlıq edildi, amma Zelenski qulaq asmadı
Baş nazir Starmer Böyük Britaniyanın Ukraynaya dəstəyini təkrarladı
Jurnalistdən çox FTX xəfiyyəsi peşəkarlığı sərgiləyən Kirsanov Tramp danışarkən diqqət çəkib
Böyük Britaniyanın Baş naziri Starmer Zelenskiyə jesti ilə Tramp-Vens cütlüyünə dərs verdi
ABŞ prezidenti Donald Trampın Ağ Evdə qonağı olan Ukrayna prezidenti Zelenski ilə prezident Tramp arasında gedən qızğın debatdan bütün dünya şokdadır. ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan müqavilə dayandırılarkən, bir çox ölkə Zelenskiyə dəstək bəyanatları verdi.
Tramp və vitse-prezident Vens Zelenskini “sülh istəməməkdə”, “Üçüncü Dünya Müharibəsi”ndə ittiham ediblər, “Dünya müharibəsi axtarmaqda” və “ABŞ-a təşəkkür etməməkdə və ya minnətdar olmamaqda” ittiham edildikdən sonra Zelenski nadir torpaqlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib.
Müasir dövrün ən böyük diplomatik qalmaqallarından biri hesab edilən debatdan sonra bir çox Avropa ölkəsi Zelenskiyə dəstək mesajları verib.
***
Almaniya kansleri Olaf Şolz, “Heç kim Ukrayna vətəndaşlarından daha çox sülh istəməz! Ona görə də biz davamlı və ədalətli sülhə gedən yolu birlikdə axtarırıq. Ukrayna Almaniya və Avropaya arxalana bilər”, – deyib.
Tramp-Zelenski böhranından sonra Şolz vəziyyəti qiymətləndirmək üçün Almaniya Federal Ümumi Seçkilərində qalib gələn və hökumət qurmaq vəzifəsini üzərinə götürən CDU lideri Fridrix Merzə zəng edib.
Merz də Zelenskini dəstəkləyərək deyib: “Bu dəhşətli müharibədə biz heç vaxt təcavüzkarı qurbanla qarışdırmamalıyıq”.
***
Fransa prezidenti Emmanuel Makron, “Rusiya təcavüzkardır, Ukrayna hücuma məruz qalan xalqdır. Düşünürəm ki, biz üç il əvvəl Ukraynaya kömək etməkdə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə haqlı idik və bunu davam etdirməliyik.
Biz, ABŞ, avropalılar, kanadalılar, yaponlar və başqaları kömək edən hər kəsə təşəkkür etməli və əvvəldən döyüşənlərə hörmət göstərməliyik. Çünki onlar öz ləyaqətləri, müstəqillikləri, övladları və Avropanın təhlükəsizliyi üçün mübarizə aparırlar. Bunlar sadə şeylərdir, lakin belə vaxtlarda xatırlamaq yaxşıdır, hamısı budur”, – deyib.
***
“Rusiya Ukraynanı qanunsuz və haqsız olaraq işğal edib. Üç ildir ki, ukraynalılar cəsarət və dözümlə mübarizə aparıblar. Onların demokratiya, azadlıq və suverenlik uğrunda mübarizəsi hamımız üçün vacib mübarizədir. Kanada ədalətli və davamlı sülhün əldə olunmasında Ukrayna və ukraynalıların yanında olmağa davam edəcək”, – Kanada rəsmilərinin yaydığı bəyanatda bildirib.
***
İtaliyanın baş naziri Corciya Meloni, “Qərbdəki hər hansı bir parçalanma bizim hamımızı zəiflədir və sivilizasiyamızın çöküşünü görmək istəyənlərin əlinə fürsət verir. Bölünmə heç kimə fayda verməyəcək. Lazım olan, ABŞ, Avropa dövlətləri və onların müttəfiqləri arasında bugünkü böyük çətinliklərin öhdəsindən necə gələcəyimizi açıq şəkildə müzakirə etməkdir. İtaliyanın yaxın saatlarda tərəfdaşlarına təqdim etməyi planlaşdırdığı təklif budur”.
***
Baş nazir Keir Starmer sözçüsü, “Böyük Britaniya Ukraynaya verdiyi dəstəkdə sarsılmaz olaraq sadiq qalır və Ukraynanın suverenliyinə və təhlükəsizliyinə əsaslanan davamlı sülhə gedən yol tapmaq üçün üzərimizə düşəni edirik”, deyib.
***
Donald Trampın Avropadakı ən güclü tərəfdarlarından biri olan Macarıstanın Baş naziri Viktor Orban Trampı dəstəkləyərək, “Güclü insanlar sülhə, zəiflər müharibəyə aparır. Bu gün Prezident Donald Tramp cəsarətlə sülhün tərəfdarı oldu. Çoxları bunu qəbul etməsə belə, təşəkkür edirəm, cənab prezident!”, – deyib.
***
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasındakı gərgin debatdan sonra Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Azad dünyanın yeni liderə ehtiyacı var”, – deyib.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Şuranın sədri Antonio Kosta Zelenskini heç vaxt tək olmadığına əmin ediblər.
İkili sosial mediada paylaşdıqları birgə açıqlamada “Güclü olun, cəsur olun, qorxmaz olun. Ədalətli və qalıcı sülh üçün sizinlə işləməyə davam edəcəyik” – deyib.
***
Tramp-Zelenski debatı ABŞ-da rezonans doğursa da, ABŞ-ın aparıcı siyasətçilərindən biri Berni Sanders Trampı sərt sözlərlə tənqid edib: “Tramp rus imperializminə qarşı cəsarətlə mübarizə aparan demokratik ölkənin lideri Zelenskini tənqid edərkən, o, 80 ilin ən qanlı Avropa müharibəsini başlatmış diktator Putinlə ittifaq qurur. Üzr istəyirik prezident Tramp. Biz avtoritarizmə yox, demokratiyaya inanırıq”.
***
Ukraynaya dəstəyi ilə tanınan senator Lindsi Qraham, “Bir daha Zelenski ilə iş görəcəyimizi düşünmürəm. Düşünürəm ki, amerikalıların çoxu iş görmək istəmədikləri adamı görüblər. Zelenski istefa verməlidir” deyib.
Ukrayna lideri Zelenski “Fox News”un efirində Qrahama “Ukrayna liderini ukraynalılar seçir”, – deyə cavab verib.