
Lukaşenkodan Trampa jest
Belarusda 52 məhkum əfv edildi
Belarusda 52 məhkum əfv edildi
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Trampdan Putinə “Soyuq müharibə” göndərməsi
Makron Putinin səmimiyyətinə inanmır
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Zelenski sənədi imzaladı
Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla görüşüb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
Lukaşenko Zelenskini təhqir edib
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Bütün dünya ictimai rəyi dünəndən gərilmiş əsəblər, fontan vuran emosiyaların altında formalaşmaqdadır. Hamı ABŞ-ı xəyanətdə, Zelenskini isə üsyankar prezident gözündə görür. Bu fonda ABŞ-ın tutduğu mövqenin rasional olduğunu yazmaq mənfi ictimai rəyi üzərinə çəkməkdir. Buna baxmayaraq, cəsarət edib demək olar ki, ABŞ rəhbərliyinin dünən Ağ Evdə Rusiya-Ukrayna müharibəsinin həllinə dair açıq şəkildə ifadə etdiyi mövqe rasional və praqmatik hesab edilməlidir.
Görüşdən sonra verilən açıqlamalarda da ABŞ-ın Ukraynanı təslimiyyətə çəkmədiyi bir daha təsdiq olundu. Bundan sonra ABŞ Rusiyaya tətbiq etdiyi cəhənnəm sanksiyalarını ləğv etməsə, Ukraynaya silah təchizatını dayandırmasa, bu ölkənin xəyanətindən söhbət gedə bilməz. Hətta sanksiyalar götürülsə və Ukraynaya silah təchizatı dayandırılsa belə Ukraynanın müqavimət potensialı olacaq. 2022-ci ilin fevral-mart aylarında Ukrayna Rusiyanın dizini “Javelin” sistemi və “Bayraktar” PUA-larıyla yerə qoymuşdu. İndi Ukraynanın daha çox silahları var.
ABŞ-ın vitse-prezidenti dünən Zelenski ilə görüşdə jurnalistlərə dedi ki, Rusiya ilə qarşıdurmaya getməklə uğur qazanmaq mümkün olmadı. Bizdən əvvəl Bayden administrasiyası qarşıdurma yolunu tutdu, nəticədə Rusiya təslim olmadı. İndi biz diplomatiyanı növbəti dəfə sınamaq istəyirik. Bəlkə yeni diplomatiya uğur gətirəcək, Ukraynanın dağıdılması dayanacaq.
Zelenski isə etiraz etdi ki, Rusiya ilə əvvəllər diplomatiya aparılıb, qaz anlaşması, əsirlərin dəyişdirilməsi, təmas xəttində atəşkəs razılaşmalarının heç birinə Rusiya tərəfi əməl etməyib.
İddia oluna bilər ki, Rusiya indi əvvəlki Rusiya deyil, indi razılaşmalara əməl etməmək lüksü yoxdur, artıq başı əzilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Ukraynaya Avropa+ ölkələrin sülhməramlıları yerləşdiriləcək. Üstəlik, Gürcüstan təcrübəsi də göstərir ki, Avropa+ sülhməramlıları/nəzarətçiləri olan ərazilərdə atəşkəsə əməl olunur.
ABŞ xarici işlər naziri Marko Rubio isə dünənki gərgin görüşdən sonra “CNN” televiziyasına açıqlamasında bildirdi ki, Tramp strategiyasına alternativ olan şərti adına “Avropa strategiyası” deyilə biləcək strategiyanı irəli sürənlər təklif edirlər ki, müharibə daha 1 il də davam etsin. ABŞ isə hesab edir ki, müharibə 1 il yox, 10 il də uzana bilər. Daha yaxşısı indi atəşkəs əldə etmək, növbəti mərhələyə daha üstün mövqedən çıxış etməkdir.
Bütün emosiyaları kənara qoyub deyilənlərə baxanda görürsən ki, ABŞ Ukraynaya təslimiyyət yox, növbəti mərhələyə daha yaxşı hazırlaşmaq və qələbə təklif edir.