
“Qəfildən yerə yıxıldı”
“Bavariya”nın əfqanıstanlı məşqçisi dünyasını dəyişib
“Bavariya”nın əfqanıstanlı məşqçisi dünyasını dəyişib
Fermada baş verən yanğında yüzlərlə heyvan həlak olub
Almaniya ABŞ-dan Ukraynaya Patriot sistemləri verəcək
Daha bir şəhər boşaldılıb
Anbarlara kritik minerallar ehtiyatı yığılacaq
SPD 5 ildən sonra çökdü, CDU yüksəlir
Hər 2 gəncdən 1-i immiqrasiya və qaçqınlardan narahatdır
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
ICE qatarındakı suriyalı hücum edənlə bağlı təfərrüatlar ortaya çıxdı
Almaniyada üzgüçülük hovuzunda cinsi istismar iddiaları böyük əks-səda doğurdu...
Ştaynmayer: “Maraqlarımızı və azadlığımızı müdafiə etmək həmişəkindən daha zəruridir”
Hissələr pulsuz dəyişdiriləcək
Sızma suyunun səviyyəsi azalır, yağışlar qısamüddətli relyef verir
“Ukraynalı qaçqınlara sosial yardımı kəsin”
Almaniya Ukrayna göndəriləcək “Patriot”lar üçün ABŞ ilə danışıqlar aparır
Almaniyanın 6 aylıq hərbi xidmət planı biznesmenləri qorxudur
Hamı emosional şəkildə Avropanın Amerikanı əvəzləyəcəyindən danışır. Avropa Amerika ola bilməz. Mümkündür, amma ola bilməz.
İzah edim. Vahid, güclü Avropa üçün güclü quru qoşunları və vahid lider dövlət lazımdır.
Bugünün reallıqlarında Putinin 3 aydır Makronun telefonlarına cavab verməməsi göstərir ki, Rusiya Fransanı saymır.
Britaniya da o boyda güclü ordunu saxlayacaq maddi gücə sahib deyil. Zelenskiyə 1.6 milyardı zorla verdilər, həm də Belfastda zavod tikmək şərtilə.
Və Rusiyanın qorxduğu, ehtiyatla davrandığı və çəkinəcəyi yeganə güc Almaniyadır.
Güclü Avropa üçün supergüclü – tam silahlanmış, nüvə silahı olan Almaniya lazımdır.
Almaniya buna qadirdirmi? Əlbəttə! Həm də artıqlaması ilə.
Artıq heç kəsə sirr olmayan məlumatlar görə, Almaniyanın, bu gün qərar verib başlasa, cəmi 3 həftə ərzində nüvə silahına sahib ola bilər.
Bu ölkənin ehtiyatda hazır duran nüvə planı, ordu quruculuğu strategiyaları var.
Amma 2 dünya müharibəsi başladan Almaniyanın silahlanma potensialı başda Fransa və Polşa olmaqla hamını qorxudur. Almaniya silahlansa, Fransanın Avropa lideri statusu əlindən çıxacaq.
Polşanın vəziyyəti isə lap ağır olacaq. Son sorğulara görə alman gənclərinin 45 faizi Sileziya, Pomeraniya və Şərqi Prussiyada olan 200 min kvadrat kilometr alman torpağını özününkü sayır.
Bu nəsil 10 il sonra hakimiyyətdə olacaq. Və artıq bu nəsilin arasında qaniçən, faşist rəssamın (Adolf Hitler) kultu yenidən dirilməkdədir. Və çox önəmli bir hissəsi düşünürlər ki, Polşa bu torpaqları qaytarmalıdır.
Sabah Almaniya silahlansa, az qala ondan nəyisə qopartmış bütün qonşularından tarixi alman torpaqlarını geri istəyəcək. Və buna mənəvi haqqı da olacaq. Deyəcək ki, “mən artıq düşmən deyiləm, sizin liderinizəm, sizi qoruyuram, zəhmət çəkin məndən aldıqlarınızı qaytarın”.
Qaytaracaqlarmı və ya qaytarmağa hazırdırlarmı? Çətin dilemmadır.
Düzdür, Almaniya əvvəlki təcrübələrdən dərs alaraq bunu xeyli sakit və təmkinli şəkildə edəcək. Amma, edəcək.
Almaniya indinin özündə artıq xeyli ehtiyatlı və təmkinli davranır.
2 dünya müharibəsini də başlatmış savaş maşını hamını qorxutması acı həqiqətdir. Ona görə də almanlar hər şeyi səbr və təmkinlə edirlər. Bir az da nazlanırlar.
Sanki, hamıya “mənə nə?” davranışı sərgiləyirlər. Almaniya istəyir ki, bütün Avropa ona yalvarsın, gəl başımızda dur, bizi qoru desin. Həmin vaxt Berlin artıq öz şərtlərini diktə edə biləcək nöqtədə olacaq.
Bu baş verəcəkmi? Qənaətimcə, hə. Əslində indiki Ukrayna işğalı da ən çox Almaniyaya sərf edir.
Ukrayna çöksə, Şərqi Avropadakı ölkələr təlaşa düşəcək. Bunun ardınca alman liderliyi qaçılmaz olacaq.
Fransanın Napoleonsayağı imperiyası, Lord Kelsrinin könüllü Avropa Birliyi ideyaları işləmədi. Gəlib diktator dedikləri Ərdoğana yalvarırlar.
Avropanın yeni birliyinin ən ağlabatan yolu Müqəddəs Roman-German İmperiyasının müasir variantda təzahürüdür. Paytaxt bu dəfə Vyana yox, Berlin olacaq.
Əlbəttə ki yaxşı bir şey olaraq təqdim edilmir və açığı arzulanmır. Amma hər şey buna doğru yol alıb.
Digər bütün alternativlər mümkünsüzdür. Hərbçiləri LGBT paradlarına qatılan, komfort həyata öyrəşmiş, döyüş ruhundan uzaq Avropa ölkələri Putin və gələcəkdəki digər potensial işğalçılar üçün çəkindirici güc deyil.
Çəkindirici və qorxulu Avropanın yolu, yalnız supergüclü Almaniyadan keçir.
Bunun isə nəticəsini tezliklə görəcəyik.