İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:44 | 31 mart 2025 | Bazar ertəsi
Məqaləyə 164 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın fars-molla rejiminin lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın hücum təhdidlərini həyata keçirməsi ehtimalını görmədiklərini, lakin istənilən hücuma sərt cavab verəcəklərini bildirib.
“Bacarsalar, bütün bölgəni işğal edərdilər. Hazırda Suriyanı işğal edirlər. Bunu müstəmləkəçilərin vəkil qüvvəsi kimi edirlər. Bu bölgədə yalnız bir vəkil qüvvə var, o da rüşvətxor, qəsbkardır”.
Xameneyi ABŞ prezidenti Donald Trampın adını çəkmədən təhdidlərinə toxunaraq deyib: “Bizim münasibətimiz əvvəlki kimidir. ABŞ və sionist rejim pislik etməklə hədələyir. Kənardan hər hansı bir zərər verəcəyini düşünmürük, amma etsələr, mütləq güclü zərbə alacaqlar. Ölkə daxilində nifaq salmağa çalışsalar, millət özü cavab verəcək”.
Trampın İrana danışıqlar üçün çağırışları və təhdidləri ABŞ prezidenti Tramp martın 7-də İran lideri Əli Xamneyiyə məktub yazaraq həm təhdid, həm də danışıqlara çağırdığını açıqlayıb.
Xameneyi həmçinin bildirib ki, ABŞ danışıqlar tələb etməklə problemləri həll etmək deyil, daha çox öz tələblərini irəli sürüb hökmranlıq qurmaq istəyir və İran bunu qəbul etməyəcək.
ABŞ-ın məktubu bir neçə gün sonra Birləşmiş Ərəb Əmirlikləri tərəfindən İrana çatdırılıb. İran isə martın 27-də Oman vasitəsilə məktuba cavab göndərdiyini açıqlayıb. İran xarici işlər naziri Abbas Araqçı Tramp təhdidlərini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlar aparmayacaqlarını açıqlayıb və vasitəçilər vasitəsilə dolayı danışıqlara hazır olduqlarını bildirib. Araqçı həmçinin Trampın tələblərinin əksinə olaraq yalnız nüvə məsələsi ilə bağlı danışıqlar aparacaqlarını və ölkəsinin müdafiə qabiliyyəti məsələsinin danışıqlara açıq olmadığını bildirmişdi.
Dünən ölkə mətbuatına verdiyi açıqlamada Tramp sonuncu dəfə ABŞ-la razılığa gəlmədiyi təqdirdə İranı indiyə qədər yaşanılmayan səviyyədə bombalayacağı ilə hədələyib.