İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
02:54 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 263 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani, ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ İrana hücum edərsə, ictimaiyyətin təzyiqi altında nüvə silahı istehsal etmək məcburiyyətində qalacağını bildiriblər.
İran parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda bu barədə fikirlərini bildiriblər.
ABŞ-ın ölkəsinə qarşı təhdidlərinə toxunan Laricani deyib ki, İran nüvə silahı istehsal etmək gücünə malikdir, lakin onlar Xamneyinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq nüvə silahı istehsalına doğru hərəkət etmirlər.
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın İranın nüvə silahı istehsal etmədiyini göstərən kəşfiyyat məlumatlarının etibarlı olduğunu ifadə etdiyi son çıxışına işarə edən Laricani, “Biz deyirik ki, fətvamız var. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyət göstəririk, silaha əl atmırıq, amma İranı səhv etməyə məcbur edəcəksiniz”, – deyib.
“İran bunu etmək istəmir, ancaq siz təzyiq etsəniz, xalq da ölkənin təhlükəsizliyi üçün nüvə silahı əldə etmək üçün bizə təzyiq edəcək. Dediyimiz kimi, agentlik bu yoxlamaları əbədi davam etdirə bilər, bununla bağlı problemimiz yoxdur, ancaq özünüz və ya İsrail bombalamağa başlasa, İranı öz maraqlarınızda başqa qərarlar qəbul etməyə məcbur edəcəksiniz”, – Laricani ABŞ-a xitabən deyib.
ABŞ prezidenti Tramp martın 7-də İran lideri Ayətullah Əli Xameneyiyə məktub yazaraq həm təhdid, həm də danışıqlara çağırdığını açıqlayıb. Məktub bir neçə gün sonra Birləşmiş Ərəb Əmirlikləri tərəfindən İrana çatdırılıb.
Xameneyi cavabında bildirib ki, ABŞ danışıqlar tələb etməklə problemləri həll etmək deyil, daha çox öz tələblərini irəli sürüb hökmranlıq qurmaq istəyir və İran bunu qəbul etməyəcək. İran martın 27-də Oman vasitəsilə məktuba cavab göndərdiyini açıqlayıb.
İran xarici işlər naziri Abbas Araqçı Tramp təhdidlərini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlar aparmayacaqlarını açıqlayıb və vasitəçilərlə dolayı danışıqlara hazır olduqlarını bildirib. Araqçı Trampın tələblərinin əksinə olaraq yalnız nüvə məsələsi ilə bağlı danışıqlar aparacaqlarını və ölkəsinin müdafiə qabiliyyəti məsələsinin danışıqlara açıq olmadığını bildirib.
Dünən ölkə mətbuatına verdiyi açıqlamada Tramp ABŞ-la razılığa gəlmədiyi təqdirdə İranı “əvvəllər heç görmədiyi kimi” bombalayacağı ilə hədələyib.
İran lideri Xameneyi də Trampın hücum təhdidlərini həyata keçirməsi ehtimalını görmədiklərini, lakin istənilən hücuma sərt cavab verəcəklərini bildirib.
Xameneyi 2000-ci illərin əvvəllərində kütləvi qırğın silahlarının istehsalını və ya istifadəsini qadağan edən fətva verib.