İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:02 | 11 aprel 2025 | Cümə
Məqaləyə 275 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında ilk diplomatik dialoq Vaşinqton və Tehrandakı fərqli baxışlara görə gərginliyə bürünüb.
İran prezidenti Məsud Pezeşkian deyib ki, şənbə günü Maskatda keçiriləcək dialoq dolayı formada olacaq: “Ali Lider Əli Xameneyinin dediyi kimi, biz dialoqa və əlaqəyə hazırıq, lakin bu, dolayı başqa formada olmalıdır. Bu bizim qürurumuzu qorumalı və aydın təminatları ehtiva etməlidir. Çünki biz qarşı tərəfə hələ də etibar etmirik. Bir daha bildiririk ki, İran nüvə bombası əldə etməyə çalışmır və etməyəcək".
Pezeşkian xüsusilə qeyd edib ki, “Əli Xamneyi xarici sərmayələrin, o cümlədən ABŞ-ın sui-qəsd və ya rejimi devirmək cəhdləri ilə əlaqəsi olmadığı müddətcə onlara etiraz etmir”. Pezeşkian bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun “Bu, danışıqlar deyil” sözlərindən sonra verib.
ABŞ rəsmisi görüşdə əsas məqsədin danışıqlarda nəyin mümkün olduğunu müəyyənləşdirməkdir. “The Washington Post” qəzeti yazıb ki, əgər İran birbaşa danışıqlarda israr edərsə, Vitkoff Maskata getməyəcək.
Digər xəbərə görə, ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramına qarşı sanksiyalar elan edib. Maliyyə naziri Skott Besant, “İran rejiminin ehtiyatsız nüvə silahı əldə etmək cəhdi ABŞ üçün ciddi təhlükə törətməkdə davam edir”, – deyib.