Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:57 | 16 aprel 2025 | Çərşənbə
Məqaləyə 269 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Çinin Londondakı səfirliyinin sözçüsü Britaniya siyasətçilərini “British Steel”in bağlanmaq ərəfəsində olduğu son böhran zamanı verdikləri bəyanatlara görə təkəbbürlə, cəhalətlə və təhrif olunmuş zehniyyətlə hərəkət etməkdə günahlandırıb.
“Jingye”yə məxsus “British Steel” keçən ay Skantorpdakı zavodunda polad istehsalı əməliyyatlarını dayandırmaq üçün məsləhətləşmə prosesinə başladığını elan etdikdən sonra, İngiltərə hökuməti həftə sonu müdaxilə edərək “British Steel”ə əməliyyat nəzarətini ələ almışdı.
***
“Jingye”, maliyyə itkiləri səbəbiylə bağlanma prosesinə girdikləri obyektə dəstək mövzusunda hökumətlə razılığa gələ bilmədiklərini açıqlayarkən, İngiltərə Ticarət naziri Conatan Reynolds da şirkəti vicdanlı davranmamaqda günahlandırıb və Çin şirkətlərinin polad kimi strateji sahələrə sərmayə qoymasının doğru olmayacağını xəbərdar etmişdi.
Bu hadisələrdən sonra Çinin Londondakı səfirliyinin sözçüsü, “British Steel” ilə bağlı sual-cavab formatında yazılı açıqlama verib, “Jingye”ni müdafiə edərək, İngiltərə dövlət orqanlarını Çin hökuməti və şirkətlərinə böhtan atmaqda ittiham edib.
***
“Bəzi britaniyalı siyasətçilərin Çin əleyhinə ritorikası tamamilə absurddur. Bu, onların təkəbbürünü, cəhalətini və əyri zehniyyətini əks etdirir”, – sözçü açıqlamasında deyib.
İngiltərənin ABŞ prezidenti Donald Trampın polad tariflərinə zəif cavab verdiyini irəli sürən bəyanatda aşağıdakı iddialar yer alıb: “ABŞ-ın Böyük Britaniya da daxil olmaqla bütün ölkələrə qarşı tarif çubuğunu tətbiq etdiyi və birtərəfli proteksionist ticarət zorakılığı həyata keçirdiyi bir vaxtda, bəzi Britaniya siyasətçiləri Çin hökumətini və şirkətlərini ləkələməyə davam edir, lakin ABŞ-ı tənqid etmirlər. Onlar əslində nə edirlər? Biznes məsələlərini siyasiləşdirmək və ya onları qəsdən şişirtmək Çin investorlarının Böyük Britaniyaya olan inamını sarsıdacaq və Çin-Böyük Britaniya arasındakı iqtisadi əməkdaşlığı zərər verəcək. İngilis hökumətinə ədalətlilik, qərəzsizlik və ayrı-seçkilik etməmək prinsiplərinə riayət etməyə və İngiltərədəki Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumağı tövsiyə edirik. Eyni zamanda, Britaniya hökumətinin Jingye ilə məsləhətləşmələri və danışıqları davam etdirəcəyinə və bütün tərəflər üçün məqbul bir həll axtarışına fəal töhfə verəcəyinə ümid edirik”.
Bu arada, “British Steel”in gələcəyi ilə bağlı müxtəlif variantlar, o cümlədən milliləşdirmə ehtimalı qiymətləndirilir. Böyük Britaniyanın ticarət naziri Reynoldsun isə bu ilin sonunda Çinə səfəri gözlənilir.