vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVTO  
“Qra qutu yoxdur” 15:21 | 13 may 2025 | Çərşənbə axşamı Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qra qutu yoxdur”

Ad günü kartını oxuyan gənc 3 ildir ki, yalanla yaşadığını anlayıb

FATEH

Bir gənc 21-ci ad günündə ad günü kartını açanda başa düşdü ki, o, üç ildir ki, ailəsi və dostlarının bildiyi yalanla aldadılıb.

İngiltərədə yaşayan Çarli adlı gənc anası Sara Ostinin TikTok-da paylaşdığı video sayəsində internet fenomeninə çevrilib. Kadrlarda Çarli böyük bir ad günü kartını açır və ailəsinin xahişi ilə yüksək səslə oxumağa başlayıb.

“The Mirror” xəbərinə görə, Çarli “21 yaşın mübarək Çarli. Artıq sənin qara qutun yoxdur”, – sözlərini oxuyarkən sevincindən atılıb. Amma birdən heyrətlə kartı yenidən oxuyan gəncin üz ifadəsi dəyişib.

Həqiqəti dərk edən Çarli böyük təəccüblə soruşub: “Üç ildir ki, qara qutu yoxdur? Doğrudan?” Daha sonra hirsindən dəliyə dönən gənc qışqırmağa və söyüş söyməyə başlayıb. Qonaqlar güldükcə Çarli daha da qəzəblənməyə başlayıb.

***

Anası Saranın paylaşdığı video cəmi 500 izləyicisi olmasına baxmayaraq qısa zamanda 1,7 milyon baxış toplayıb.

 

“Qara qutu” nədir?

 

“Qara qutu” avtomobildə quraşdırılan və sürücülük məlumatlarını qeyd alan telematik cihazdır. Bu cihaz; sürət, qət edilən məsafə, əyləc və sürülmə saatları kimi məlumatları toplayır.

Sığorta şirkətləri bu məlumatlardan sürücünün avtomobili nə qədər təhlükəsiz idarə etdiyini təhlil etmək və sığorta haqlarını müvafiq olaraq təyin etmək üçün istifadə edir.

Belə ki, Çarli üç il ərzində avtomobilində “qara qutu” olduğunu düşünərək avtomobili göstərilən sürət həddinə maksimum əməl edərək idarə edib. Ancaq o, 18 yaşından bəri idarə etdiyi avtomobilində “qara qutu” olmadığını 21-ci ad günündə öyrənib.