İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
19:11 | 14 may 2025 | Çərşənbə
Məqaləyə 166 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Dünən İsrail Qəzzanın cənubundakı Xan Yunisdə iki xəstəxanaya zərbələr endirib. Bir neçə saat arayla həyata keçirilən hücumlarda əvvəlcə Nasser Xəstəxanası, sonra isə Avropa Xəstəxanası hədəfə alınıb.
Amerikanın CNN televiziyasının xəbərinə görə, Avropa Xəstəxanasında hədəf İsrailin dünən Xan Yunisdəki Avropa Xəstəxanasına hücumda məqsəd oktyabr ayında öldürülən “HƏMAS” terror təşkilatının lideri Yəhya Sinvarın qardaşı, terrorçuların faktiki lideri Məhəmməd Sinvarı hədəf almaq olub.
CNN-in xəbərində yüksək rütbəli İsrail rəsmisi və məsələ ilə bağlı iki mənbəyə istinad edilib.
***
Xəstəxana şəhərciyinə bir neçə dəfə zərbələr endirilib. İsrail ordusu xəstəxananın altındakı HƏMAS komandanlıq və idarəetmə mərkəzinin vurulduğunu bildirib. Lakin kimin hədəfə alındığı barədə məlumat verilməyib.
***
Terrorçuların oktyabr ayında öldürülən lideri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvar qardaşının ölümündən bəri “HƏMAS”a rəhbərlik edirdi. Məhəmməd Sinvara qarşı hücum “HƏMAS”ın amerikalı girov Edan Aleksandrı azad etməsindən bir gün sonra baş verib.
“HƏMAS” Aleksandrı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri öncəsi xoşməramlı jest olaraq buraxıb. “HƏMAS” İsraildən yan keçərək birbaşa Tramp administrasiyası ilə razılaşma əldə etməyə çalışır.
***
Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında danışıqların bərpa olunacağı gözlənilir. İsrailin danışıqlardan əvvəl Sinvarı hədəf alması, ola biləcək bir razılaşmaya imza atacaq adı ortadan qaldırma səyi olaraq qiymətləndirilir. İsrailin ABŞ-dakı keçmiş səfiri Dan Şapiro Məhəmməd Sinvarı danışıqlara maneə kimi qiymətləndirib.
***
ABŞ rəsmisi Sinvarın ölümündən əvvəl müharibənin çətin bitəcəyini iddia edib. “Sinvarın məhvi girovların azad edilməsinə və müharibədən sonra Həmassız Qəzzaya yol açacaq”, – Şapiro bildirib.
Əgər Məhəmməd Sinvar hücumda ölübsə, bunu təsdiqləmək üçün vaxt lazımdır. İyulun ortalarında hücumda hədəf alınan Məhəmməd Deyfin ölümünü İsrail iki həftəyə təsdiqləyə bildi.
“HƏMAS” isə bunu altı ay sonra təsdiqlədi.