
“Uran ehtiyatlarının yeri dəqiq bilinmir”
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
“Son bir məsələ qalır”
“Xalq üsyana qalxsa, rejim üçün daha pis olacaq”
Nüvə raketini 150-200 km hündürlükdə məhv edən silaha 6 milyon o qədər də bahalı deyil
Netanyahu Trampı Nobel mükafatına namizəd göstərir
ABŞ İsrail ordusu bazaları üçün yüz milyonlarla dollar xərcləyir
Xarici müdaxilə və bombalama həll yolu deyil
ABŞ-da səfərdə olan Netanyahu Trampdan “zərbə icazəsi” istəyəcək
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
ABŞ mümkün hücumdan müdafiə olunmağa hazırlaşır
Silahlı qarşıdurma arxa plana keçəcəkmi?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
Dünyanın hər bir nöqtəsində şəbəkəsi olan, düşmənlərinin kabusu – MOSSAD
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
“İsrail 60 günlük atəşkəsi qəbul edir”
Mətbuatda ABŞ və İran arasında aparılan nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İsrailin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşacağı ilə bağlı xəbərlərin yayılmasından sonra İran məsələ ilə bağlı açıqlama verib. İranın xarici işlər naziri Abbas Araqçı Birləşmiş Millətlər Təşkilatına (BMT) yazdığı məktubda bildirib ki, İsrailin nüvə obyektlərinə hər hansı hücumu halında Tehran ABŞ-ı günahkar biləcək.
AFP xəbər agentliyinin məlumatına görə, Araqçı bu gün dərc olunan məktubunda, “Biz inanırıq ki, sionist rejimin İran İslam Respublikasındakı nüvə obyektlərinə hər hansı hücumu halında, ABŞ hökuməti də bu işə qarışacaq və hüquqi məsuliyyət daşıyacaq”, – deyib.
***
Araqçı “X” sosial media platformasında öz hesabında məsələ ilə bağlı ingiliscə paylaşım da edib. BMT-nin Baş katibi Antonio Quterreş və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossiyə məktub yazdığını bildirən Araqçı, İsrailin İrana qarşı təhdidlərinin yeni olmadığına diqqət çəkib və son məlumatların mətbuat tərəfindən sızdırılması və təşvişə yaratması səbəbindən İsrail təcili qınanması tələb edilib.
Araqçı Quterreş və Qrossiyə göndərdiyi məktubda beynəlxalq ictimaiyyəti İsrailin davam edən təhdidlərinə qarşı təsirli və qabaqlayıcı tədbirlər görməyə çağırıb və qeyd edib ki, bu təhdidlər nəzarət altına alınmazsa, bu, İranı “nüvə obyektlərini və materiallarını müdafiə etmək üçün xüsusi tədbirlər görməyə” məcbur edəcək.
***
Məktubun “fəaliyyət öncəsi ciddi xəbərdarlıq” olduğunu qeyd edən İran xarici işlər naziri əlavə edib ki, onları hədəf alan hərəkətlərə mahiyyətinə, məzmununa və ölçüsünə görə cavab verəcəklər və bu, sözügedən beynəlxalq təşkilatların gördüyü qabaqlayıcı tədbirlərlə mütənasib olacaq.
İsrailin baş naziri Binyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) gözündə “axtarılan hərbi cinayətkar” olduğunu vurğulayan Araqçı, Netanyahunun diplomatiyanı pozmaq və diqqəti BCM-nin həbs qərarından yayındırmaq üçün səylərini əsirgəmədiyini bildirib.
“İran İslam Respublikası istənilən pozuntuya sərt cavab verməkdən çəkinməyəcək və öz maraqlarını və xalqını qorumaqdan heç vaxt əl çəkməyəcək”, – deyə Araqçı bildirib.
***
İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlaşdığı xəbərindən sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da məsələ ilə bağlı açıqlama verib.
“Onlar bizi müharibə ilə qorxutmağa çalışırlar, lakin səhv hesablama aparırlar, çünki onlar İran İslam Respublikasının müharibə şəraitində toplayacağı güclü xalq və hərbi dəstəkdən xəbərsizdirlər”, - SEPAH-ın sözçüsü Əliməhəmməd Naini İranın dövlət mediasına deyib.
***
ABŞ və İran mayın 23-də İtaliyanın paytaxtı Romada nüvə danışıqlarının beşinci raundunu keçirməyə hazırlaşarkən, İsraillə bağlı yeni bir iddia ortaya atılıb.
İki İsrail mənbəsi ABŞ-ın “Axios” xəbər saytına bildirib ki, ABŞ və İran arasında danışıqlar “iflas” olarsa, İsrail İranın nüvə obyektlərinə tez bir zamanda hücum etməyə hazırlaşır.
Mənbələrdən birinə görə, İsrail hərbçiləri “uğurlu hücuma başlamaq üçün əməliyyat pəncərəsinin tezliklə bağlana biləcəyini və danışıqlar uğursuz olarsa, İsrailin tez hərəkətə keçəcəyinə inanır. Tel-Əviv mümkün hücumun sonra daha az təsirli olacağına inandığına dair heç bir məlumat verilməyib.
Hər iki mənbə də İsrail Müdafiə Qüvvələrinin (IDF) İranda mümkün hücum üçün təlimlər və digər hazırlıqlar keçirdiyi barədə CNN-in daha əvvəl verdiyi xəbərləri təsdiqləyib. “Çoxlu təlim keçib, ABŞ hərbçiləri hər şeyi görür və İsrailin hazırlaşdığını anlayır”, – deyə mənbələrdən biri bildirib.
ABŞ rəsmisi “Axios”a bildirib ki, Prezident Donald Tramp administrasiyası Netanyahunun Trampın yaşıl işığı olmasa belə İrana qarşı hərəkətə keçəcəyindən narahatdır.