“İranın Oppenheymeri”nin ölümü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
16:45 | 13 may 2014 | Çərşənbə axşamı
Məqaləyə 1447 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Fransada çörəyin içindən çıxan qorxutdu
Son bir ayda 20 illik rekord
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Sosial şəbəkələrin birində ermənilər maraqlı bir mövzunu müzakirəyə çıxarıblar. «Bizim düşmənlərimiz və müttəfiqlərimiz kimdir» sualı ətrafında aparılan müzakirə zamanı bir çox məqamlara aydınlıq gəlib.
Vaxt.az milli.az-a istinadən bildirir ki, yerli və xarici ermənilərin böyük əksəriyyəti Rusiya və Fransanı «böyük qardaş» qismində təqdim ediblər. Bir çoxları bu ikiliyə İranı da əlavə edərək «üç müşketyoru» tamamlayıblar.
Bəs ermənilər kimi düşmən gözündə görür, onların nifrət hədəfində dayananlar kimlərdir?
Bu sualın cavabını bilməmək üçün bir az sadəlövh olmaq lazımdır. Azərbaycan və Türkiyə erməni insanının qorxulu röyasıdır. Sadalamağa ehtiyac duymadığımız saxta, uydurma erməni «həqiqətləri» bu qorxunun özəyini təşkil edir.
Düşmənlərin üçlüyünü isə çox maraqlı olsa da, Gürcüstan tamamlayıb. Bəli, Gürcüstan. Ermənilər qonşularını düşmən elan etmək üçün səbəb tapmağa necə lazımdı əmək sərf ediblər.
Səbələrdən biri kimi keçmiş prezident Mixail Saakaşvilinin Qərbə meyl edib regionda fərqlənmək istəyi göstərilib. Ermənilər gürcülərdən bir çox sahələrdə geri qalmağı həzm etməyiblər, çox güman. Məhz Gürcüstanın Amerika və onun müttəfiqləri ilə isti münasibətlər saxlaması və Ermənsitanın «böyük qardaşı» Rusiyadan kənar dayanması ermənilərin çestinə dəyib.
Başqa bir səbəb isə Gürcüstanın öz problemlərini unudaraq regionda problemlər yaratmağa çalışması, ərazisində yaşayan ermənilərə gün verib, işıq verməməsidir, yəni onlarla «türk üsulunda» davranmasıdır. Təəssübkeş ermənilər soydaşlarına çəp baxan Gürcüstana əyri baxaraq onu düşmən elan ediblər.
Gürcülər ermənilərin Gürcüstandakı uğurlarını danır və son dövrlərdə kilsələrdən erməni əlamətlərini çıxararaq hər şeyi özününküləşdirirlər - vətənpərvər ermənilərin qonşu Gürcüstana nifrət etmələri üçün bu da bir səbəbdir. Onlar iddia edirlər ki, Tiflisin yarısı ermənilər tərəfindən tikilsə də, gürcülər bunu qəbul etmək istəmirlər.
Bundan belə bir nəticəyə gəlmək olar ki, eyni regionda yaşayan dövlətlər arasında Ermənistan sağlam tikilinin çürük kərpicidir. Təkbaşına 3 qonşu dövləti düşmən elan etmək problemin kökünün «Ararat ölkəsində» olduğunu göstərir. Gürcüstan, Azərbaycan və Türkiyə mehriban qonşuluq və dosltuq münasibətindən zövq alarkən, Ermənistan özünü kənara çəkərək onları düşmən elan edir. Onların Azərbaycan və Türkiyə ilə olan ədavətini və onlara olan iddialarını (nə qədər əsassız və gülünc olsa da) anladıq deyək, bəs Gürcüstanın düşmən elan edilməsi nə məsələdir? Görünür, ermənilər «böyük Ermənistan» yuxusunun şirinliyindən doymayıblar və yuxuda Gürcüstan ərazisini də özlərininki kimi görürlər. Tarixi erməni xisləti yaşamaqda davam edir - əvvəl qonşuluq et, duz-çörək dostu ol, sonra isə birdən-birə düşmən kəsil və iddialarla çıxış et. Qafqazın başı ağrıyır erməni səs-küyündən...