
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı
Hindistan və Maoist üsyançılar arasında onilliklər davam edən qarşıdurmada mühüm dönüş nöqtəsi baş verib. Hindistan təhlükəsizlik qüvvələrinin keçən həftə Çhattisqarh əyalətində keçirdiyi əməliyyatda ölkənin ən çox axtarılan maoçularından biri Nambala Kesava Rao və daha 26 üsyançı öldürülüb. Qarşıdurmada bir polis əməkdaşı da həlak olub.
Daxili işlər naziri Amit Şah qadağan olunmuş Hindistan Kommunist Partiyasının (Maoçu) CPI (M) lideri Raoya qarşı əməliyyatı “son 30 ilin ən qətiyyətli hücumu” kimi qiymətləndirib.
BBC-nin təhlilində deyilir ki, Basavaraju ləqəbli Raonun ölümü maoçuların 1980-ci illərdən bəri ən güclü qalası olan Bastardakı son müdafiə xəttinin pozulduğu anlamına gəlir.
Xəbərdə 2009-cu ildə terror təşkilatı siyahısına salınan CPI (M) nəzdində bir araya gələn hərəkatların köklərinin 1946-cı ildə Telanqana kəndindəki kəndli üsyanına dayandığı bildirilir. Hindistan ordusu ilə partizanlar arasında qarşıdurma 1967-ci ildə Naxalit üsyanı ilə başlayıb.
Hindistan hökumətinin rəqəmlərinə görə, 2000-ci ildən bəri davam edən qarşıdurmalarda ümumilikdə təxminən 12.000 adam həyatını itirib.
Baş nazir Narendra Modi 2026-cı ilin martına qədər maoçu üsyançılara qarşı aydın qələbə qazanacağına söz vermişdi. Təhlil göstərir ki, partizanlar yol ayrıcına çatıblar. Maoçu müqavimət hərəkatlarının parçalana biləcəyi və ya qanlı toqquşmalara uzun bir fasilə verilə biləcəyi qiymətləndirilir.
Hindistan Daxili İşlər Nazirliyində maoçulara qarşı əməliyyatları idarə edən ən yüksək vəzifəli məmurlardan biri olan MA Qanapati “Maoçu hərəkat mahiyyətcə ideoloji mübarizə idi, lakin xüsusilə gənc nəsillər arasında təsirini itirmişdir. Basavaracu zərərsizləşdirildiyi üçün onların əhval-ruhiyyəsi aşağı düşüb. Onlar son günlərini yaçayırlar”.
Ölkədə maoçu hərəkatın inkişafını izləyən hindli jurnalist N Venuqopal bunun əksini iddia edir: “Sakitlik olacaq. Lakin 1970-ci illərdə naxalitlərin yüksək liderləri öldürüləndə marksist-leninist hərəkatlar belə çətinliklərin öhdəsindən gələ bildilər və biz hələ də naxalizmi danışırıq”.
Venuqopal liderlərin ölümü ilə müqavimətin tarixə çevrilməyəcəyini və ölkədə problemlər davam etdikcə bu hərəkatların fərqli formalar alacağını deyir: “Liderlər ölə bilər, amma qəzəb davam edəcək. Haqsızlıq olan yerdə hərəkatlar olacaq. Biz daha onlara maoizm deməyə bilərik, amma davam edəcəklər”.