Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
11:44 | 9 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 129 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Avropada sığınacaq müraciətləri azaldı
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı
CDU-dan sosial yardım açıqlaması
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Cənubi Koreya artan miqrant axınına qarşı inteqrasiya sürətləndirilir
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Uşaqların müdafiəsi təşkilatı “Save the Children” Almaniya hökumətinin qaçqınlar üçün ailə birləşməsini dayandırmaq planını tənqid edib. “Təşkilatın prezidenti Florian Vestfal iyunun 7-də “Deutschlandfunk” radiosuna, “Hər bir uşağın valideynləri ilə böyümək hüququ var. Hökumətin planları buna tamamilə ziddir”, – deyib.
“Bu, miqrant və köçkünlük nəticəsində parçalanmış ailələrin və uşaqların taleyindən gedir. Ailə birləşməsi uşaqların ən yaxın qohumları ilə təhlükəsiz şəraitdə böyüməsi üçün bir neçə mümkün və qanuni yollardan biridir və indi bunun qarşısı alınır”.
Federal Nazirlər Kabineti ötən həftə qaçqınlar üçün ailə birləşməsinə icazə verməyən qanun layihəsini qəbul etdi. Bunlar Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq qaçqın olmayan və ya Konstitusiyaya əsasən sığınacaq hüququ olmayan, lakin mənşə ölkələrində, məsələn, vətəndaş müharibəsi səbəbindən təhlükə altında olduqları üçün müdafiə hüququ olan insanlardır. Almaniyada yeni tənzimləmədən təsirlənənlərin əksəriyyəti Suriyadandır. Qanun layihəsi daha sonra Bundestaqda müzakirə olunacaq.
İndiyədək onlara hər ay 1000-ə qədər yaxın ailə üzvü – həyat yoldaşları, nikahda olmayan azyaşlı uşaqları və azyaşlı uşaqların valideynləri qoşula bilərdi. Ailənin birləşməsinin dayandırılması CDU/CSU və SPD koalisiyası danışıqlarının tələbi idi. Amma SPD daxilində də buna qarşı müqavimət var. Yaşıllar və Sol Partiyası bu planları rədd edir, xristian kilsələri də onları tənqid edir.