İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:25 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 276 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Nüvə danışıqlarının altıncı raunduna bir neçə gün qalmış İrandan ABŞ bazalarına təhdid mesajı gəlib. Müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, ABŞ-la nüvə danışıqları nəticə verməsə və münaqişə başlasa, İran ABŞ-ın regiondakı bazalarına hücum edəcək.
İranlı nazir bu barədə İran və ABŞ arasında nüvə danışıqlarının altıncı raunduna bir neçə gün qalmış açıqlama verib.
Mətbuat konfransında çıxış edən Nəsirzadə, "Digər tərəfdən, bəzi rəsmilər danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin olacağı ilə hədələyir. Əgər bizimlə münaqişə yaranarsa, ABŞ-ın bütün bazaları bizim əlimizdədir və biz bu bazaların yerləşdiyi ölkələri açıq şəkildə hədəfə alacağıq", – deyib.
***
ABŞ prezidenti Donald Tramp prezident kimi ilk dövründə 2015-ci il nüvə sazişindən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. İran razılaşmanın ləğvindən sonra uranı zənginləşdirməyə davam edib.
ABŞ-ın yeni nüvə sazişi təklifinə görə, ABŞ İrandan uranın zənginləşdirilməsi proqramını dayandırmasını istəyir, İran isə ABŞ-ın bu tələbinin İranın maraqlarına zidd olduğunu, onun öz ərazisində sülh yolu ilə nüvə enerjisi istehsal etmək hüququna malik olduğunu və yüksək zənginləşdirilmiş uran ehtiyatını xaricə göndərmək istəmədiyini bildirir.
***
RİA Novosti xəbər agentliyinin bu gün verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya İran və ABŞ-ın razılığa gəlməsinə kömək etmək üçün İranın zənginləşdirilmiş uran ehtiyatını ala bilər.
Tramp nüvə razılaşmasının əldə olunmayacağı təqdirdə İranı bombalayacağı ilə hədələmişdi. Nüvə danışıqlarının yeni mərhələsi bu həftə keçiriləcək. Tramp danışıqların yeni mərhələsinin sabah (iyunun 12-də) keçiriləcəyini desə də, İran iyunun 15-də Omanda keçiriləcəyini deyir.