İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:57 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 222 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın “Münaqişə olarsa, Amerika bazalarını vuracağıq” bəyanatından sonra ABŞ Bağdaddakı səfirliyini boşaltmağa hazırlaşır. Digər tərəfdən, Tehran rəsmisi, bölgədəki dost bir ölkənin İsrailin mümkün hücumu ilə bağlı İrana xəbərdarlıq etdiyini açıqlayıb.
İran və ABŞ arasında nüvə gərginliyi artmaqdadır.
İranın müdafiə naziri Əziz Nəsirzadə dünən deyib ki, nüvə danışıqları və ya Vaşinqtonla münaqişə yaranarsa, Tehran ABŞ-ın regiondakı bazalarına zərbələr endirəcək.
Tehranın bəyanatından sonra ABŞ-ın Bağdad səfirliyini boşaltmağa hazırlaşdığı xəbəri yayılıb.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli təxliyə xəbərini təsdiqləyərək, “Dövlət Departamenti ABŞ-ın xaricdəki personalının statusunu mütəmadi olaraq nəzərdən keçirir və bu qərar son araşdırmadan sonra qəbul edilib”, – deyib.
Bildirilib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset də Yaxın Şərqdəki şəxsi heyət ailələrinin təxliyəsini təsdiqləyib.
Hegset, “Yaxın Şərqdə inkişaf edən gərginliyi izləyirik” deyərək, bölgədə yerləşən ABŞ əsgərlərinin ailələrinin könüllü şəkildə ölkəni tərk etməsinə razılıq verdiyini təsdiqləyib.
***
“The Associated Press” xəbər agentliyinin məlumatına görə, ABŞ Bəhreyn və Küveytdəki qeyri-vacib diplomatik personalı və ailələri təxliyə etməyə hazırlaşır.
Bundan başqa, ABŞ-ın Bağdaddakı səfirliyi Amerika vətəndaşlarına İraqa səfər etməməyi tövsiyə edib.
***
“Reuters”in məlumatına görə, İraq mənbələri təxliyə tələb edəcək hər hansı təhlükəsizlik vəziyyətini müəyyən etmədiklərini bildiriblər.
İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi də “İran Basin TV”yə deyib ki, ABŞ personalının çıxarılması təhdid mesajı deyil.
***
İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə deyib ki, regional gərginliyin artması İranın ABŞ ilə bazar günü nüvə danışıqlarına təsir etmək məqsədi daşıyan psixoloji müharibədir.
Rəsmi həmçinin bölgədəki dost bir ölkənin İsrailin mümkün hücumu ilə bağlı İranı xəbərdar etdiyinə diqqət çəkərək, “Bölgədə gərginliyin artmasına baxmayaraq, İran uranı zənginləşdirmək hüququndan əl çəkməyəcək”, – deyib.
Amerikanın “NBC News” telekanalına danışan mənbələr həmçinin bildiriblər ki, İsrail ABŞ-ın dəstəyi olmadan İrana hərbi hücumu nəzərdən keçirir.