İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
10:28 | 12 iyun 2025 | Cümə axşamı
Məqaləyə 82 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
ABŞ prezidenti Donald Tramp dünən Tehranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmağa razı olacağına inamını itirdiyini bildirib.
Bu açıqlamadan sonra Vaşinqton regionda artan təhlükəsizlik riskləri fonunda İraqın paytaxtı Bağdaddakı səfirliyini qismən təxliyə etməyə hazırlaşır. Yaxın Şərqdəki bəzi hərbi bazalarda yerləşdirilən əsgərlərin qohumlarına da könüllü olaraq ölkəni tərk etməyə icazə veriləcək.
Məsələ ilə bağlı məlumatlandırılan dörd ABŞ və iki İraq mənbəsi evakuasiya qərarının arxasındakı “xüsusi” təhdidləri açıqlamayıb. ABŞ Dövlət Departamenti şərh sorğusuna cavab verməyib. Evakuasiya xəbərindən sonra neftin qiyməti qalxıb.
ABŞ prezidenti Donald Tramp dəfələrlə İranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, onu hücumla hədələyib.
İranın müdafiə naziri Əziz Nəsirzadə həmin gün bildirib ki, nüvə danışıqları uğursuzluqla nəticələnərsə və ölkəsinə hücum edilərsə, ABŞ regiondakı bazalarına cavab verəcək.
ABŞ-ın İraq, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində hərbi bazaları var. ABŞ-ın müdafiə naziri Pit Heqsetin bölgədəki hərbi bazalarda yerləşdirilən əsgərlərin qohumlarının könüllü şəkildə ölkəni tərk etməsinə icazə verdiyi bildirilir. Başqa bir ABŞ rəsmisi bunun xüsusilə Bəhreyndəki ailələrə aid olduğunu söylədi.
Üçüncü ABŞ rəsmisi, "Dövlət Departamenti Bağdad səfirliyinin planlı təxliyəsini hazırlayır. Təxliyənin kommersiya yolu ilə həyata keçirilməsi nəzərdə tutulur, lakin lazım gələrsə, ordu müdaxilə edəcək", – deyib. İraq Xarici İşlər Nazirliyinin rəsmisi də təsdiqləyib ki, səfirlik işçilərinin “qismən təxliyəsi” “regional gərginlik ehtimalı ilə bağlı təhlükəsizliklə bağlı narahatlıqlar”la bağlıdır.
Başqa bir ABŞ rəsmisi Qətərdəki Əl-Udeyd aviabazasındakı əməliyyatlarda heç bir dəyişiklik olmadığını və ABŞ səfirliyinin əməkdaşları və onların ailələrinin Qətərdəki təxliyəsi üçün heç bir əmr verilmədiyini bildirib. Səfirliyin normal fəaliyyət göstərdiyi qeyd edib.
***
Bağdadda evakuasiya xəbərindən sonra neftin qiyməti 3 dollar bahalaşıb. “Brent” markalı neftin bir bareli 69,18 dollara çatıb.
Həmin gün Britaniyanın dəniz idarəsi Yaxın Şərqdə artan gərginliyin kritik dəniz zolaqlarında hərbi aktivliyi artıra və gəmiçiliyə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Qurum gəmilərə İran sahillərinə bitişik olan Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazından keçərkən diqqətli olmağı tövsiyə edib.
Həm ABŞ-ın, həm də Britaniyanın regional rəqibi İranın nadir tərəfdaşı olan İraq bu ölkədə 2500 ABŞ əsgərinə ev sahibliyi edir. Bununla belə, İrana yaxın silahlı qruplaşmaların İraq təhlükəsizlik qüvvələri daxilində də təsiri var. 2023-cü ilin oktyabrında Qəzzada başlayan müharibədən sonra İraqda gərginlik artdıqca, iranpərəst silahlı qruplar dəfələrlə ABŞ əsgərlərinə hücum edib.