İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:57 | 13 iyun 2025 | Cümə
Məqaləyə 229 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın Rabitə Nazirliyi bu gün İsrailin İrana hücumundan sonra ölkə daxilində internetə çıxışın məhdudlaşdırıldığını açıqlayıb.
Nazirlik IRNA xəbər agentliyinə “İnternetə müvəqqəti məhdudiyyətlər qoyulduğunu” bildirib və əlavə edib ki, məhdudiyyətlər “vəziyyət normallaşdıqdan sonra qaldırılacaq”.
İranlılar bu gün İsrailin hücumlarına müxtəlif qəzəb və qorxu ilə reaksiya veriblər. Bəziləri qisas almağa çağırdı, bəziləri isə böhrandan əziyyət çəkən xalqın daha da sıxıntılarla üzləşəcəyindən narahat olduğunu bildirdi.
İsrail, İranın bir sıra bölgələrində İranın nüvə və hərbi proqramlarını vurmaq məqsədi ilə “Rising Lion” (“Yüksələn Aslan”) əməliyyatı çərçivəsində zərbələrə başlayıb. Zərbələr zamanı İran silahlı qüvvələrinin yüksək rütbəli komandirləri həlak olub və ölkənin mərkəzində uranın zənginləşdirilməsi üzrə əsas obyekt dağıdılıb. Tel-Əviv əməliyyatı “həssas və qabaqlayıcı” adlandırıb.
İsrail İranın “çox yaxın gələcəkdə” cavab alacağını gözləyərək fövqəladə vəziyyət elan edib. ABŞ hücumlarda iştirak etmədiyini bildirib.
Hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqeri də daxil olmaqla 20-dən artıq yüksək rütbəli hərbçi bu gün İsrailin Tehrana hücumu nəticəsində həlak olublar. Hücumlarda Baş Qərargahın birgə əməliyyat otağının komandiri general Qulam Əli Rəşidin də öldürüldüyü təsdiqlənib. O cümlədən 6 nüvə alimi də hücumlar zamanı öldürülüb.