
İran-İsrail gərginliyinin tarixi
Hücumlar, sui-qəsdlər və əməliyyatlar
Hücumlar, sui-qəsdlər və əməliyyatlar
Təl-Əvivdən tüstü yüksəlir
7 oktyabrdan nüvə təhlükəsinə və geri dönməz zərbəyə doğru
İsrailin İrandakı əməliyyatının adı nə məna daşıyır?
İsrailin İrana hücumları davam edir
İrana hücum qonşularında təhlükəsizliyi gücləndirdi
İsrail-İran gərginliyi hər iki ölkənin müdafiə qabiliyyətini sınaqdan keçirir
“Vəziyyət normallaşdıqdan sonra qaldırılacaq”
İsrail İranda rejimi dəyişməyə çalışır
İran və İsrail ordularının müqayisəsi – müdafiə büdcələri, quru və hava qüvvələri, silahların sayı...
İranın dərinliklərindəki hədəfləri vurmaq üçün yüksək texnologiyalı gizli taktika
Netanyahu: “Nüvə və raket proqramlarının mərkəzinə hədəf aldıq”
“İndi razılaşmasa, növbəti hücumlar daha qəddar olacaq”
İsrail aviasiyası Komanda mərkəzinə zərbə vurub, Xameneyidən yeni təyinatlar
İran 40 illik proksi qüvvələr siyasəti iflasa uğradı
İsrail təyyarələri yüksək dəqiqlikli raketlər və tam yanacaq çənləri ilə təmin olunmuşdu
İsrailin İrandakı nüvə hədəflərinə hücumları davam edərkən, Tehran ilk cavabını verib. Mülki əhalinin və infrastrukturun hədəfə alındığı iddiaları ilə bölgədə gərginlik artır. Dünya liderləri ardıcıl bəyanatlar verirlər.
İsrail İranın nüvə obyektlərinə qabaqlayıcı, qəti və birləşmiş hücumlara başlayıb. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, “Yüksələn Aslan” əməliyyatı günlərlə davam edəcək və İsrailin varlığına İran təhlükəsini aradan qaldırmaq məqsədi daşıyır.
Hücumlarda İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami və Hatəm əl-Ənbiya qərargahının komandiri Qulam Əli Rəşid həlak olub. Reuters mənbələrinin məlumatına görə, ən azı 20 yüksək rütbəli komandir həyatını itirib. Ümumilikdə, azı 78 nəfər həlak olub, 329 nəfər yaralanıb.
İsrail ordusu İranın 6 müxtəlif məntəqəsinə hava zərbələri endirib. Hədəflər arasında paytaxt Tehran və ətrafındakı hərbi bölgələr, Natanzdakı əsas uranın zənginləşdirilməsi obyekti, nüvə tədqiqat mərkəzi və Təbriz, İsfahan, Ərak və Kirmanşah şəhərləri olub.
ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın bu hücumlarda iştirak etmədiyini və onların prioritetlərinin regiondakı Amerika qüvvələrini qorumaq olduğunu bildirib.
İranın ali dini lideri Ayətullah Əli Xameneyi televiziya ilə çıxışında bildirib ki, sionist rejimi bu qətllə acı sonla qarşılaşacaq.
SEPAH hücumun arxasında ABŞ-ın olduğunu iddia edərək, bunun Ağ Evdəki liderlərin məlumatı və dəstəyi ilə həyata keçirildiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp İrana dəfələrlə şans verdiyini, lakin heç bir razılığın əldə olunmadığını bildirib. Tramp böyük dağıntıların olduğunu, lakin qətliamın sona çatması üçün hələ vaxt olduğunu və planlaşdırılan yeni hücumların daha qəddar olacağını bildirib.
23:00 | Netanyahu İran xalqına çağırış etdi: “Ayağa qalxın, səsinizi eşitdirin”
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi bir vaxtda diqqətəlayiq açıqlamalar verib. Netanyahu birbaşa İran xalqına müraciət edərək, “Bu, ayağa qalxmaq və səsinizi eşitdirmək üçün bir fürsətdir”, – deyib.
Netanyahu vurğulayıb ki, İsrailin hədəfi İran xalqı deyil, onlara zülm edən molla rejimidir. “Biz sizə zülm edən və yoxsullaşdıran qatil rejimə qarşı mübarizə aparırıq”, – deyən Netanyahu, əməliyyatda rejimin nüvə və hərbi infrastrukturunun böyük ölçüdə məhv edildiyini bildirib.
İran xalqını rejimə qarşı birləşməyə çağıran Netanyahu çıxışının sonunda fars dilində “İranın igid xalqı, işıq qaranlığa qalib gəlir”, – deyib.
22:50 | İran mötədillik çağırışlarını rədd edir, İsrailə hücumların qanuni, “sərt və qətiyyətli” olacağını elan edir
İranın xarici işlər naziri Abbas Araqçı İsrailə edilən hücumlardan sonra mötədillik çağırışlarını rədd edərək, “İranın İsrailin təcavüzünə cavabı BMT Nizamnaməsinə uyğun olaraq sərt və qətiyyətli olacaq” deyib.
İran Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Araqçı İngiltərə Xarici İşlər Naziri Devid Lammi ilə telefonla danışıb.
Araqçı görüşdə İsrailin İranın milli suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərini, nüvə obyektlərinə və yaşayış məntəqələrinə hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
İranın İsrailin təcavüzünə qarşı başlatdığı hərəkətlərə cavab olaraq mötədillik çağırışlarının ədalətsiz olduğunu bildirən Qraqçı, “İranın İsrailin təcavüzünə cavabı BMT Nizamnaməsinə uyğun olaraq sərt və qətiyyətli olacaq”, – deyib.
23:00 | İsrail ordusu İranın 2 təyyarəni vurması ilə bağlı iddialar doğru deyil
İsrail ordusu İranın 2 İsrail təyyarəsini vurması xəbərinin həqiqətə uyğun olmadığını iddia edib.
İsrail ordusunun sözçüsü Aviçay Adri “X” hesabında İran mətbuatında xəbər paylaşıb. Adri iddia edib ki, “İran mediasının yaydığı xəbər tamamilə əsassızdır”. Sözçünün paylaşdığı və təkzib etdiyi görüntülər arasında Təsnim Xəbər Agentliyinin İranın hava hücumundan müdafiə sistemlərinin 2 İsrail döyüş təyyarəsini vurduğu və bir qadın pilotun əsir düşdüyü iddiası da var.
22:15 | İran ordusu: 2 İsrail təyyarəsini vurduq
İran ordusu ölkəyə hava zərbələri endirən 2 İsrail təyyarəsinin vurulduğunu açıqlayıb. İran ordusu ölkəyə hava zərbələri endirən 2 İsrail döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. Digər tərəfdən, Qum şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.
22:15 | Makron, İranın hücumu halında İsrailin müdafiəsinə töhfə verə biləcəklərini bildirib
Fransa prezidenti Emmanuel Makron bildirib ki, İran Tel-Əviv hökumətinin hücumlarına cavab olaraq cavab verərsə, İsrailin müdafiəsinə töhfə verə bilərlər.
Makron paytaxt Parisdə keçirilən “Paris İki Dövlətli Həll üçün Çağırış: Regional Sülh və Təhlükəsizlik” adlı konfransdakı çıxışında Fransanın İsrailin İrana hücumlarında heç bir töhfəsi olmadığını bildirib.
Tərəfləri təmkinli olmağa çağıran Makron İranı nüvə məsələsində beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirməməkdə və bütün regionun sabitliyinin pozulmasında ağır məsuliyyət daşımaqda ittiham edib.
22:00 | SEPAH “Sadiq vəd-3” əməliyyatının başlandığını təsdiqləyib.
İran dövlət televiziyası SEPAH yazılı açıqlamasını dərc edib. İsrailin İrana qarşı başlatdığı, mülki vətəndaşların və yüksək rütbəli hərbçilərin həyatını itirdiyi hücuma diqqət çəkən bəyanatda, “Vəfalı vəd-3” əməliyyatı çərçivəsində sionist rejimin işğal olunmuş ərazilərdəki onlarla hədəfi, hərbi mərkəzləri və hava bazaları vuruldu.
Əməliyyatın təfərrüatları ilə bağlı məlumat veriləcəyi qeyd edilib.
21:45 | İsrailin 7 fərqli nöqtəsi İran raketləri ilə hədəfə alınıb
Hücumlara cavab olaraq İranın atdığı raketlərin İsrailə 7 nöqtə düşdüyü açıqlanıb. İsrail ordusunun radiosunun xəbərində vurğulanıb ki, komandalar vurulan nöqtələrdə işlərini davam etdirirlər.
İsrailin fövqəladə yardım xidməti Davudun Qırmızı Ulduzundan verilən açıqlamada indiyədək 7 nəfərin yaralandığı bildirilib.
İsrail ordusundan verilən açıqlamada İrandan ölkə ərazisinə onlarla raketin atıldığı və hava hücumundan müdafiə sistemlərinin onların qarşısını almaq üçün çalışdığı bildirilib. İranın cavab olaraq atdığı raketlərə görə bütün İsraildə daimi həyəcan siqnalları işə salınır.
21:45 | İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Xameneyini və yüksək səviyyəli siyasi xadimləri hədəfə almayacaqlarını bildirib
İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi bəyan edib ki, başlatdıqları hücumlarda İran lideri Ayətullah Əli Xameneyi və yüksək səviyyəli siyasi xadimləri hədəfə almayacaqlar.
Kanal 12-yə danışan Haneqbi bildirib ki, İsrailin hücumlarının məqsədi İranı nüvə proqramını tamamilə dayandırmağa məcbur edərək, ona hərbi təzyiq göstərməkdir.
Haneqbi qeyd edib ki, hücumlar 4 məqsəd üzərində cəmlənib: “İranın nüvə proqramı, ballistik raket imkanları, İsraili yerdən məhv etmək bacarığı və diplomatik yollarla İranın nüvə proqramının uzun müddət qarşısının alınması üçün lazımi şəraitin yaradılması”.
21:30 | İran dövlət televiziyası Tehranın İsrailə cavab hücumuna başladığını açıqlayıb
İran dövlət televiziyası İranın İsrailə cavab hücumunun başladığını elan edərkən, İsrail ordusu İrandan öz ərazisinə doğru atılan raketləri aşkarladığını və müdaxilə etməyə cəhd etdiyini açıqlayıb.
İsrail ordusunun daxili cəbhə komandanlığı İranın raket atışlarını aşkar etdiyinə görə ölkə daxilində qırmızı həyəcan siqnalı verib. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçay Adri “X” hesabında belə bir açıqlama verib: “Müdafiə ordusu İrandan İsrail ərazisinə doğru atılan raketləri aşkar edib. Hava hücumundan müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün çalışır”.
21:00 | İsrail Ordusunun sözçüsü İran raketlərinin İsrailə doğru atıldığını açıqlayıb
İsrail ordusu İran raketlərinin İsrail ərazisinə doğru atıldığını açıqlayıb. Müdafiə sistemlərinin təhlükənin qarşısını almaq üçün aktiv şəkildə çalışdığını bildirən ordu, xalqı qorunan ərazilərə köçməyə və növbəti xəbərdarlığa qədər orada qalmağa çağırıb.
20.45 | Putin Pezeşkian və Netanyahu ilə ayrı-ayrılıqda telefon danışığı aparıb
Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Benyamin Netanyahu ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Kremldən verilən məlumata görə, Putin İrandakı hücumlar nəticəsində insan tələfatına görə başsağlığı verib və İsrailin BMT nizamnaməsini pozan hərəkətlərini pisləyib. Rusiya İranın nüvə proqramı ilə bağlı sülh yolu ilə həll təşəbbüslərini dəstəkləyir. Putin Netanyahu ilə görüşündə danışıqlar prosesinə və diplomatik kanallara qayıtmağın vacibliyini vurğulayaraq, gərginliyin artmasının qarşısını almaq üçün vasitəçilik təklif edib.
20.30 | Xameneyidən açıqlama: “Sionist rejimi diz çökdürəcəyik”
İranın dini rəhbəri Ayətullah Əli Xameneyi televiziya ilə verdiyi açıqlamada, “İran silahlı qüvvələri qətiyyətlə hərəkət edəcək və mənfur sionist rejimi diz çökdürəcək. Bu cinayət cəzasız qalmayacaq. İran xalqı əmin ola bilər ki, nə lazımdırsa ediləcək”.
20:00 | Tramp Ağ Evdəki Situasiya Otağında
ABŞ prezidenti Donald Tramp Ağ Evin Situasiya otağında milli təhlükəsizlik komandası ilə İsrailin İrana hücumlarından sonra artan gərginliyi qiymətləndirir.
19:45 | Netanyahu: “İran cavab verəcək, bu, çox zorakı ola bilər”
İsrailin baş naziri Benyamin Netanyahu hücum planını aprelin sonunda hazırladıqlarını, lakin bəzi səbəblərə görə təxirə saldıqlarını bildirib. İrandan cavab gözlədiklərini ifadə edən Netanyahu, “Bu, çox şiddətli ola bilər” dedi. O əlavə edib ki, onlar ABŞ-ı əvvəlcədən məlumatlandırıblar.
19:20 | Fordo Nüvə obyekti hədəfə alınıb
İranın yarı rəsmi Fars Xəbər Agentliyi İsrailin hücumlarında Fordodakı nüvə obyektinin hədəf alındığını və iki partlayış səsinin eşidildiyini bildirib. Obyektin iki nöqtəsinin vurulduğu bildirilib.
18:45 | Fidan: “Mümkün ssenarilərə qarşı bütün tədbirləri görürük”
Xarici işlər naziri Hakan Fidan müdafiə və kəşfiyyat rəsmiləri ilə təhlükəsizlik toplantısından sonra açıqlamalar verib. “Prezidentimiz Ərdoğan hadisələri yaxından izləyir. Müvafiq qurumlarımız bütün lazımi tədbirləri görür” dedi. Fidan İsraili regionda sabitliyi pozmaqda günahlandırıb və diplomatiyaya çağırıb.
18:35 | İsrail: “İrana zərbələr endirməyə davam edirik”
İsrail ordusu “X” sosial media hesabında İrandakı hədəflərə hücumların davam etdiyini açıqlayıb. Paylaşılan videoda partlayış da var. İran mediası Tehranın qərbindəki Əlborz vilayətindən tüstünün qalxdığını bildirib.
18:20 | Tramp: “İran hələ də razılaşma istəyir”
ABŞ prezidenti Tramp “NBC News”a deyib ki, İran nüvə anlaşması üçün fürsəti əldən verib, lakin hələ də danışıqlar aparmaq istəyirlər. Tramp “Görəcəyik” deyib və əlavə edib ki, İran nümayəndələri ona zəng edərək razılıq əldə etmək istəyirlər.
17:50 | İranda internetə giriş məhdudlaşdırılıb
İranın Rabitə Nazirliyi ölkədəki “xüsusi hallar” səbəbindən internetə çıxışın müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb. Məhdudiyyətin müddəti ilə bağlı məlumat verilməyib.