Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
15:14 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 212 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Bunkeri deşən GBU-57 bombasının effektivliyinə dair şübhələr ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirməsini çətinləşdirir. “The Guardian” xəbər verir ki, İranın yeraltı Fordo nüvə obyektinə hücumun müvəffəqiyyəti Ağ Evdə dərin müzakirə mövzusuna çevrilib.
Məlumata görə, Tramp müdafiə rəsmiləri ilə görüşdə deyib ki, İrana hücum yalnız GBU-57 bombalarının obyekti məhv edəcəyinə zəmanət verildiyi halda məna kəsb edə bilər.
Hərbi rəsmilərin GBU-57-lərin Fordo nüvə obyektini məhv edəcəyini söylədiklərinə baxmayaraq, Tramp inanmayıb. ABŞ prezidentinin də hərbi müdaxilə əvəzinə danışıqlar variantını açıq saxlamaq istədiyi bildirilir.
Adının açıqlanmasını istəməyən ABŞ təhlükəsizlik rəsmiləri bildiriblər ki, bombaların effektivliyi Trampın səlahiyyət müddətinin əvvəlindən Pentaqonda dərin müzakirə olub.
Fordo 1979-cu il İslam İnqilabının əsaslarının qoyulduğu Qum şəhəri yaxınlığındakı dağın təxminən 80-90 metr aşağıda yerləşir. İsrailin o qədər dərinlikdə bir obyekti vura biləcək bombası yoxdur.
Ərazini məhv etmək üçün ABŞ ordusu 13,6 tonluq GBU-57 bombalarından istifadə etməlidir. Yalnız “B-2” bombardmançı təyyarələri GBU-57-ləri daşıya bilər, bu təyyarələr səthin 60 metr dərinliyinə gedə bilir.
Mənbələr bildirir ki, GBU-57-lər işləməsə, Fordo obyekti taktiki nüvə silahları ilə məhv edilməli olacaq.
Son brifinqdə iştirak edən rəsmilər Fordoya mümkün hücumda əvvəlcə adi bombalardan istifadə ediləcəyini, daha sonra “B-2”lərin daşıdığı taktiki nüvə bombaları ilə obyektin məhv edilə biləcəyini bildiriblər. Bununla belə, Trampın belə varianta üstünlük vermədiyi bildirilir.
Şəhid Əli Məhəmməd Nüvə Mexanizmi kimi də tanınan obyekt İranda həyata keçirilən uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərin mərkəzidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, obyektdəki uran 83,7 faiz zənginləşdirilib. Nüvə bombası üçün bu nisbətin 90 faizə qədər artırılması lazımdır.
CNN-in təhlilində Trampın İsrail-İran münaqişəsinin uzanmasını istəmədiyi də vurğulanır. Bildirilir ki, Amerika təhlükəsizlik rəsmiləri ABŞ-ı müharibəyə cəlb etmədən İrandakı strateji hədəfləri vurmaq üçün planlar hazırlamağa çalışırlar.
Oval kabinetdəki son açıqlamasında Tramp İrana hücum edib-etməmək barədə hələ qərar vermədiyini bildirib.