İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:40 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 197 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin İrana hücumları ilə bağlı Avropa Birliyi (AB) ölkələri arasında da fikir ayrılıqlarının yarandığı bildirilib. Məlumata görə, AB ölkələrinin heç də hamısı İsrailin İrana hücumlarının beynəlxalq hüquq çərçivəsində qanuni olduğuna inanmır. Bu fikir ayrılıqlarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək səfirlər görüşündə də ortaya çıxacağı gözlənilir.
Mənbələrdən biri “Bu özünümüdafiə hüququnun nə dərəcədə məqbul olduğu şübhəsiz ki, müzakirə mövzusudur”, – dedi.
***
İyunun 14-də yaydığı bəyanatda AB bütün tərəfləri beynəlxalq hüquqa, mötədilliyə riayət etməyə və mümkün radioaktiv tullantılar kimi ciddi nəticələrə səbəb ola biləcək əlavə addımlar atmaqdan çəkinməyə çağırıb.
Müzakirələrdən xəbərdar olan mənbələr bildiriblər ki, üzv dövlətlər arasında müzakirələrin böyük bir hissəsi ABŞ-ın İrana hücumlar kontekstində “İsrailin özünü müdafiə etmək hüququ var” deməli olub-olmaması olub.
Avstriya, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya və Hollandiya da daxil olmaqla 15 üzv dövlət bəyanata bu ifadənin əlavə edilməsini istəsə də, qərar yekdilliklə qəbul edilməyib.
Bir çoxları İsrailin İrana hücumunun beynəlxalq hüquq çərçivəsində qanuni olduğuna dair kifayət qədər sübut olmadığını düşünür.
Beynəlxalq hüquq və BMT Nizamnaməsi silahlı hücum və ya gözlənilməz hücum zamanı dövlətlərin özlərini müdafiə etmək hüququna malik olduğunu və istənilən hərəkətin mütənasib olmalıdır.
***
AB mənbələri, AB Komissiyasının sədri Ursula von der Leyenin sosial mediada İsrailin hücumlarına dəstək verdiyinə işarə edən paylaşımından təəccübləndiklərini deyib.
Von der Leyen mesajında İsrail prezidenti İsaak Hersoqla danışdığını və “İsrailin özünü müdafiə etmək və xalqını qorumaq hüququnu bir daha ifadə etdim”, – deyib.
Diplomatik mənbə, “İsrailin özünü müdafiə etmək hüququ olduğunu söyləməkdə konsensus yox idi, amma Von der Leyen hər halda bunu dedi. O, razılaşdırılan dili gördü, sonra öz bəyanatını verdi. Düzünü desəm, bu, ruhdan salır”, – deyib.
Mənbə “2-3 milyon iranlının Avropanın qapısını döyə biləcəyini və AB-nin bu miqrasiya böhranı ilə məşğul ola bilməyəcəyini”, – deyib, digər diplomat isə “İsraili tənqid edən üzv dövlətlər İsrailin İrana hücumlarının məsuliyyətsiz olduğunu düşündüklərini söylədilər. Bununla belə, böyük bir qrup Von derinin tərəfdarı idi”, – deyib. Diplomat onların hökumətinin İrana hücumların beynəlxalq hüquq çərçivəsində olduğuna inanıb-inanmaması ilə bağlı suala da cavab verib və deyib ki, bu, vəkillərin işidir və hələlik məsələ ilə bağlı qərar yoxdur.
Digər tərəfdən, Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Vitse-Prezidenti Kaja Kallas dünən verdiyi açıqlamada, “İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququ var”, – deyib.