İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:50 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 163 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsraillə İran arasında bir həftədir ki, gərginləşən vəziyyət yeni səviyyəyə çatıb. İsrail ordusu bir çox hədəflərə, o cümlədən İranın Ərak nüvə obyektinə hava zərbələri endirib. Tehran administrasiyası bu hücuma ballistik raketlərlə cavab verib. Bəs, Ərak nüvə obyektinin əhəmiyyəti nədir? Niyə bu obyekt İsrailin radarında idi?
Ekspertlər bildirirlər ki, “Ağır su reaktorları 2015-ci ildə İranla nüvə müzakirələrinin mərkəzində idi. Bunlar plutonium üzərində işləyən nüvə reaktorlarıdır. Bu həm də alternativ nüvə bombası istehsalının ikinci yolunu təqdim edir. Əhəmiyyətli məqam budur ki, müharibə başlayandan İsrailin hücumlarının gecə-gündüz, İranın hücumlarının isə yalnız gecə olduğunu görürdük. Əraq nüvə obyektinə edilən hücumdan sonra İranın hücumları gündüzlər gerçəkləşməyə başladı, yəni rejim axşama qədər gözləmədi. Əraq reaktoruna hücumu İsrailin məqsədinə çatmasının ciddi cavabı kimi xarakterizə etmək olar”.
***
Əraq reaktoru obyekti İranın kritik mərkəzlərindən biridir. İsrailin bu obyektə hücumu bölgəni nüvə müharibəsinə sürükləyə bilərmi?
“Əslində İranın bütün nüvə obyektlərinə hücum var. Bu müharibənin məqsədi də İranın bütün nüvə potensialına zərbə və İranın silaha çevrilə biləcək uran ehtiyatını pozmaqdır. Bu hücumlar əslində nüvə silahı istehsalı həddini keçdiyini iddia edən bir dövlət üçün dayandırma strategiyasıdır”.