İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:54 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 311 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“Reuters” agentliyi beş mənbəyə istinadən yazır ki, iki il əvvəl ayətullah Xameneyinin özü tərəfindən onun varisliyini müəyyənləşdirmək üçün təyin olunmuş ölkənin əsas dini orqanlarından birinin üç üzvdən ibarət komitəsi son günlər işini sürətləndirib.
“Reuters” agentliyinə danışan mənbələrin sözlərinə görə, hazırda iki əsas namizəd müzakirə olunur: Xameneyinin 56 yaşlı oğlu – Möctəba Xameneyi və İslam inqilabının qurucusunun 52 yaşlı nəvəsi – Həsən Xomeyni.
Həsən Xomeyni, siyasi və sosial məhdudiyyətlərin yumşaldılması tərəfdarı olan islahatçı qanadla sıx bağlı olsa da, çıxışı səbəbilə yaşlı dini şəxslər və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hörmətini qazanıb.
“Digər tərəfdən, Möctəba Xameneyi atasının qədər sərt siyasətinin tərəfdarıdır – müxalifətə qarşı repressiyalar və İranın düşmənlərinə qarşı qəti mövqe tərəfdarıdır. Lakin mənbələrin sözlərinə görə, hələ heç nə qərarlaşdırılmayıb. Namizədlər dəyişə bilər və son söz yenə də rejimin lideri ayətullah Xameneyinindir”, – “Reuters” bildirir.
Dünən “The New York Times” qəzeti yazmışdı ki, ayətullah varis kimi üç namizəd seçib, lakin onların arasında Möctəba yoxdur.