vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 9 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
Atəşkəs prosesində yeni hücum 09:43 | 24 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atəşkəs prosesində yeni hücum

İran İsraildə binanı vurdu, ölənlər var

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Trampın elan etdiyi atəşkəslə bağlı müzakirələr davam edərkən, İrandan İsrailə yeni raket zərbəsi endirilib. İsrailin paytaxtı Tel-Əvivdə siren səsləri eşidilib.

İsrail ordusu insanları sığınacaqlara daxil olmağa çağırıb. Ordu İrandan dördüncü raket dalğasının buraxıldığını qeyd edib.

İsrail mətbuatı İranın atdığı raketlərdən birinin Birşeba şəhərindəki yaşayış binasına düşdüyünü açıqlayıb.

İsrail Fövqəladə Hallar Xidməti, Birşebadakı hücumda 6 nəfərin həyatını itirdiyini, 3-ü ağır olmaqla 9 nəfərin yaralandığını açıqlayıb.

Bəzi mənbələr ölənlərin sayının 8 olduğunu iddia edib.