İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:43 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 332 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail ordusu iyunun 13-də İrana qarşı ilk hücum dalğasına başlayıb. Hücumdan bir neçə saat sonra yüksək səviyyəli hərbi liderlər və nüvə alimləri öldürüldü.
Bu hücumlardan qısa müddət əvvəl İsrail kəşfiyyatı gizli psixoloji əməliyyat keçirib. Əməliyyatdan xəbəri olan üç nəfərin sözlərinə görə, kampaniya İranın yüksək vəzifəli məmurlarını qorxutmaq məqsədi daşıyıb.
***
İsrail təhlükəsizlik xidmətlərində çalışan insanlar cib telefonları ilə İran rəsmilərinə zəng edərək, rejimə dəstək verməyə davam edərlərsə, onları öldürəcəkləri ilə hədələyiblər. Mənbələrdən biri 20-dən çox yüksək rütbəliyə zəng edildiyini bildirib.
Amerikanın “The Washington Post” qəzeti bu çağırışlardan birinin 13 iyunda İsrailin İranı bombardman etdiyi zaman edilən səs yazısını əldə edib.
İsrail kəşfiyyatçısı iranlı generalla söhbətində bu sözləri işlədib: “Sənə indi deyirəm, qaçmağa 12 saat vaxtın var. Arvadın və uşaqlarınla qaç. Əks halda, hazırda siyahımızdasan”.
O, generalın və ailəsinin İsrailin hədəfi olduğuna da eyham vuraraq, “Biz sizə boynunuzun məsafəsindən də yaxınıq. Bunu başınıza həkk edin. Allah sizi qorusun”, – deyib.
***
Danışıq zamanı generaldan İran hökuməti ilə əlaqələrini inkar edən videoçarxın çəkilişi və 12 saat ərzində onlara göndərilməsi tələb olunub və videonun göndəriləcəyi “Telegram ID”si göndərilib.
“The Washington Post”un yazdığına görə, videonun göndərilib-göndərilmədiyi bəlli deyil, lakin sözügedən generalın hələ də sağ olduğu məlumdur.
***
İsrail rəsmisi bəzi yüksək səviyyəli iranlıların qapının altından təhdid mıktubu göndərildiyi, bəzilərinin həyat yoldaşları vasitəsilə, bəzilərinin isə birbaşa telefonla xəbərdarlıq edildiyini bildirib: “Onlar bizimlə şəffaf olduqlarını, izlənildiklərini bilirlər. Kəşfiyyat məlumatlarının sızması nisbəti 100 faizdir.”
İlkin hücumlardan sağ çıxan və ya hədəf alınmayan İran rəsmilərinə qarşı kampaniya İsrailin müxtəlif kəşfiyyat və təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilib.
Məqsəd ölən liderləri əvəz edəcək ikinci və üçüncü səviyyəli məmurları qorxutmaq idi. İsrail rəsmisinin sözlərinə görə, Xameneyi hazırda ölənlərin yerinə yeni adlar təyin etməkdə böyük çətinlik çəkir.