İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:41 | 26 iyun 2025 | Cümə axşamı
Məqaləyə 208 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ və İsrailin hədəfində olan İranın nüvə obyektlərindəki zənginləşdirilmiş uranın Kolanq dağındakı gizli bazaya daşındığı iddia edilir.
Hələlik İsrail və İran arasında atəşkəs əldə edilmiş kimi görünsə də, cavab gözləyən suallar gündəmdə qalmaqdadır. Bunlardan biri də İranın zənginləşdirilmiş uran ehtiyatının taleyidir.
İran hücumdan əvvəl ehtiyatlarının Fordo obyektindən köçürüldüyünü açıqlamışdı. Lakin onun harada olduğu bilinmir.
ABŞ hesab edir ki, İranda üç obyektə zərbə endirməklə ölkənin nüvə potensialını məhv edib. Bununla belə, Qərb mətbuatında yer alan iddialara görə, İran “Kolanq dağı” adlanan ərazidə qorunan nüvə kompleksi tikir.
Britaniyanın “The Telegraph” qəzeti Fordodan daha dərində yerləşən kompleksin “itirilmiş” uran üçün mükəmməl bir gizlənmə yeri ola biləcəyini təklif edir.
Qəzet xəbər verir ki, sözügedən məxfi obyekt İsfahan əyalətinin mərkəzində, Natanz nüvə obyektindən bir neçə dəqiqəlik məsafədə yerləşir.
Fordodan 145 kilometr cənubdadır. Bu nəhəng obyekt Kolanq dağında yerləşir. Hazırda tikilməkdə olan obyektin son 4 ildə gücləndirilib və genişləndirildiyi bildirilir.
Bu yeni kompleksin Fordodan qat-qat dərin olduğu və təhlükəsizlik tədbirləri ilə təchiz edildiyi bildirilir.
Yenə “The Telegraph”a görə, Fordonun yalnız iki tunel girişi var, Kolanq dağındakı obyektin isə ən azı dörd girişi var.
Xəbərdə o da bildirilir ki, gizli obyektin yeraltı otaqları yerin 100 metr altındadır.
***
Obyektlə bağlı digər diqqətçəkən məlumat onun tikildiyi Kolanq dağı haqqındadır.
Fordodakı obyektin yerləşdiyi dağ dəniz səviyyəsindən 960 metr yüksəklikdədir. Kolanq dağı 1608 metr hündürlükdədir.
Bu, Kolanqda nüvə əməliyyatları üçün həm daha böyük qorunma, həm də potensial olaraq daha böyük yeraltı kameralarla təmin edir.
Obyektin daha dərindən qurulması faktı həm də yeraltı obyektləri hədəf almaq üçün nəzərdə tutulmuş bunker deşici bombaların effektivliyini əhəmiyyətli dərəcədə azaldır.
ABŞ İranın ən yaxşı qorunan nüvə obyekti olan Fordonu bunkerləri deşən “B2”lərlə bombaladı, İsfahan və Natanzdakı nüvə obyektləri isə sualtı qayıqlardan atılan “Tomahawk” raketləri ilə vuruldu.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hücumlardan sonra üç obyektin heç birində radiasiya səviyyəsinin artmadığını açıqlayıb.