İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:10 | 26 iyun 2025 | Cümə axşamı
Məqaləyə 276 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff bəyan edib ki, onların əlində olan etibarlı kəşfiyyat məlumatları son hücumlar nəticəsində İranın nüvə proqramına ciddi ziyan dəydiyini təsdiqləyir.
Ratkliff mövzu ilə bağlı yazılı açıqlama verib.
Ratkliff, MKİ-nın müvafiq qərar qəbul edənləri və nəzarət orqanlarını tam məlumatlandırmaq üçün etibarlı mənbələrdən yeni məlumatlar toplamaqda davam etdiyini ifadə edərək, mövzunun milli əhəmiyyəti və şəffaflıq prinsipi səbəbindən lazımi yeniləmələrin Amerika ictimaiyyəti ilə paylaşılacağını vurğuladı.
Ratkliff bildirib ki, “MKİ təsdiq edir ki, bir sıra etibarlı kəşfiyyat hesabatları İranın nüvə proqramının son hədəfli hücumlar nəticəsində ciddi şəkildə zədələndiyini göstərir”.
Ratkliff, bura keçmişdə etibarlı və dəqiqliyi sübut edilmiş bir üsulla əldə edilən kəşfiyyat məlumatlarının daxil olduğunu ifadə edərək, “Bu məlumatlara görə, İranın bir neçə mühüm nüvə obyekti məhv edilib və bu obyektlərin yenidən qurulması illər çəkəcək”, – deyib.
***
İyunun 22-də ABŞ İranın Fordo, İsfahan və Natanzdakı üç nüvə obyektinə hava zərbələri endirib.
ABŞ-da hazırlanan və CNN televiziyasında yayımlanan kəşfiyyat qiymətləndirməsinə əsasən, ABŞ-ın həftə sonu İranın üç nüvə obyektinə endirdiyi hava hücumlarının İranın nüvə proqramının əsas strukturunu məhv etmədiyi, əksinə, yəqin ki, onu yalnız aylarla geri saldığı bildirilib.
İsrail ordusu isə verdiyi açıqlamada “hücumlarda İranın nüvə proqramına vurduğu zərəri müəyyən etmək üçün hələ tez olduğunu, lakin Tehranın nüvə proqramının illər əvvələ getdiyini”, – iddia edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəsinin nüvə obyektlərinə “ciddi ziyan dəydiyini” bildirib.