Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
13:16 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 214 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
İyunun 13-də İsrailin həyata keçirdiyi hücumlarda həyatını itirən Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İranın yüksək rütbəli hərbçiləri, nüvə alimləri və bəzi mülki şəxslərin də olduğu 60 nəfər üçün Tehranda kütləvi dəfn mərasimi keçirilib.
Səhər saatlarında Tehran Universitetinin kampusunda qılınan cənazə namazı ilə başlayan mərasimlərdə prezident Məsud Pezeşkian başda olmaqla bir çox yüksək vəzifəli şəxslər iştirak edib.
Mərasim sahəsinə toplaşanlar əllərində İranı simvolizə edən qara bayraqlar tutaraq matəm dualar və mərsiyələr oxuyublar. Zaman-zaman ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib.
Mərasimdə Milli Təhlükəsizlik Ali Şurasının keçmiş sədri və İran lideri Ayətullah Əli Xameneyinin baş müşaviri, 13 iyun hücumlarında dünyasını dəyişdiyi iddia edilən və daha sonra yaralandığı məlum olan Əli Şamxani və SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani də iştirak edib.
Keçən həftə edilən açıqlamada Şamxaninin vəziyyətinin yaxşı olduğu bildirilmişdi.
Böyük izdihamla İnqilab meydanından Azadi meydanına aparılan cənazələrin bəziləri Tehranda, bir çoxu isə ölkənin müxtəlif şəhərlərində dəfn edilib.