vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Qonşularına yuxarıdan aşağı baxan Ruisya 13:28 | 7 iyul 2025 | Bazar ertəsi Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qonşularına yuxarıdan aşağı baxan Ruisya

Kremlin ətrafdakı gərginliyi artırmamaq üçün incə diplomatik xətt keçməsi lazımdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı ilə Moskva arasında gərginlik artdıqca Rusiya dövlətinə bağlı RT-də mövzu ilə bağlı təhlil yazısı dərc olunub.

Moskvada fəaliyyət göstərən “Valday Club” analitik mərkəzinin proqram direktoru Timofey Bordaçevin imzaladığı məqalə “Azərbaycanın həddindən artıq gərginliyi Rusiyanın niyə qonşularına tam etibar edə bilmədiyini göstərir” adlanır.

52 yaşlı politoloq Rusiyanın qonşularının gücünün böyüklüyünə görə gərgin olduğunu müdafiə edib. Ölkənin sərhədlərinin ABŞ kimi daha çox okeanla müəyyən edilməməsi və Rusiyanın multikultural quruluşunun da bunda rol oynadığı bildirilib.

İddia olunur ki, Rusiyanın təsir dairəsində olan Finlandiyadan tutmuş Orta Asiyaya kimi ölkələr anlaşılmazlıqlarda belə dərhal qorxurlar.

Bildirilib ki, bu ölkələrin bəziləri Rusiyadan üz döndərməyə çalışsalar da, tarixi bağlar onları rahat buraxmır.

“Narahat qonşu” rejiminə keçdiyi bildirilən Azərbaycan da nümunə kimi göstərilib.

Rusiyanın həm böyük dövlət kimi sahib olduğu təsirini qoruyub saxlamaq, həm də ətrafdakı gərginliyi artırmamaq üçün incə diplomatik xətt keçməsi lazım olduğu vurğulanıb.

Bir neçə il əvvəl Ukrayna və Türkmənistandan başqa bütün keçmiş Sovet İttifaqı ölkələri ilə dərindən danışıqlar apardığını bildirən Bordaçev siyasi xadimlərin və akademiklərin Rusiyadan narahat olduğunu gördüyünü bildirib.

Rusiyanın qonşularının bu səbəbdən fərqli ortaqlıqlar axtardığını vurğulayan o, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyadakı səylərini də bu çərçivədə dəyərləndirib: “Keçmiş sovet respublikaları Türkiyə ilə tərəfdaşlığa təhlükəsizlik tədbiri kimi baxsalar da, heç kim Ankaranın Rusiyanın təsir dairəsinə düşə biləcəyinə inanmır. Türkiyənin Rusiyanı əvəz edəcək maliyyə imkanları və strateji müstəqilliyi yoxdur. Ancaq Ankaranın yaxınlığı Moskva ilə bağlanan razılaşmalarda faydalı bir kozırdır. Necə ki, bəzi keçmiş sovet respublikaları Qərblə danışıqlar apararkən BRİCS-dən istifadə edirlər”.

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiya hava məkanında olarkən yerdən açılan atəş nəticəsində zədələndikdən sonra Bakı Rusiyadan üzr istəməsini və günahkarların cəzalandırılmasını istəyib, lakin bu tələb yerinə yetirilməyib.

Azərbaycan Bakıda “Rus evi” kimi tanınan Rus Mədəniyyət Mərkəzinin fəaliyyətini dayandırıb, Prezident İlham Əliyev Moskvada Sovet İttifaqının İkinci Dünya Müharibəsində Almaniya üzərində məğlubiyyətinin 80 illiyi ilə bağlı keçirilən mərasimlərdə iştirak etməyib.

İyunun 27-də Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə keçirdiyi reydlər nəticəsində iki Azərbaycan vətəndaşının öldürüldüyü açıqlanıb.

Bundan sonra Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıh Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin təcili araşdırılacağı və günahkarların cəzalandırılacağı gözləntilərini çatdırıb.

Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya təhlükəsizlik qüvvələrinin azərbaycanlılara qarşı zorakılıq və məhkəməsiz qətllərini əsas gətirərək ölkədə keçirilən bütün Rusiya mədəni tədbirlərini ləğv edib.

Azərbaycan polisinin Rusiyanın “Sputnik” agentliyinin Bakı ofisinə qarşı keçirdiyi əməliyyatda saxlanılan iki nəfər də həbs edilib.

Yerli media həmin şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları olduğunu iddia edib.